Evlər də 3D printerlə çap olunacaq

Bu ildən evləri tikmək yerinə çap etmək mümkün ola bilər.

Son zamanlar bu iş üçün bir neçə 3D printer tanıdılıb. Bunların içərisində Kataloniya Yüksək Memarlıq İnstitunun Technalia şirkəti ilə birgə hazırladığı Cogiro adlı sistem ən çox diqqət çəkir.

Bu robotik sistem iri struktur parçalardan tutmuş, kiçik evlərə qədər çap edə bilən ilk cihaz sayıla bilər.

Cogiro ilk baxışda robota deyil, 15 x 11 x 6 m ölçülərində nəhəng kvadrat bir çərçivəyə bənzəyir.

Sistem yalnızca çap etmir, həm də işi necə gördüyünə “baxır”. Termal sensorlarla materialların qurumağını, tənzimlənməsini izləyir, qurumamış təməllər üzərinə material tökməkdən çəkinir.

İstehsalçılar bildirir ki, növbəti addım cihazı gil əvəzinə, sement əsaslı materialdan istifadə üçün uyğunlaşdırmaqdır.

Şirkət bu texnologiyanı bir az da təkmilləşdirdikdən sonra divarların tikintisiylə yanaşı, aerokosmik sənaye, gəmiqayırma, nüvə stansiyaları, alternativ enerji təsisatlarının qurulması kimi digər konstruksiya işlərinə cəlb edəcək.

Cogiro-nun prototipi gələn ay küçiriləcək BBConstromat sərgisində göstəriləcək.