Azan vaxtı idi. Məhlədə həmişə hər kəsin qibtə etdiyi o kişi – Seyid Şəfi dayı yenə səsini başına atıb kiminləsə söhbət edirdi. Açığı, onu görmədiyimiz, səsini eşitmədiyimiz hər səhər bir qəribə açılar, gecə bir qəribə düşərdi. Nəsə çatışmır. Nə? Gümrahlıq.
Yadıma düşür, mən 4-cü sinifdə oxuyanda babam deyərdi ki, Seyid Şəfi kişi cəddi ağır seyidlərdəndi. Əlin vurduğu adam şəfa tapır.
Yadıma düşür, mən 4-cü sinifdə oxuyanda babam deyərdi ki, Seyid Şəfi kişi cəddi ağır seyidlərdəndi. Əlin vurduğu adam şəfa tapır. Məktəb görməyib, amma yazmağı-oxumağı bilir və s. Bu söz söhbətlər təkcə babamla mənim aramda getmirdi. Bütün məhlə bundan danışırdı.
Deyir: bir dəfə kənddə bunun tarlasında cin varmış. Dəfələrlə cinə xəbərdarlıq etsə də, cin yenə təyinatı üzrə pozuculuqla məşqul imiş. Bir dəfə cini sancağa necə keçiribsə, gəl görəsən. Bütün kənd cindən xidmətçi kimi istifadə edirmiş. Bir gün bir yaramaz uşaq cindən sancağı çıxardıb və onunla da cin bir daha kənddə görünməyib.
Açığı, bu söhbətlər hələ ən ağlabatanıdır. Ağıla batmayan söhbət yoxdur, seyid ağır seyiddir. Elə bizdən – normal insanlardan fərqi də budur. Neynəsin? Allah bir bəndəsinə vermədiyi səlahiyyətləri digər bəndəsinə verib.
Zaman keçdi, babam haqqın rəhmətinə qovuşdu. Seyid hələ də 80-dən çox yaşı olsa da, yaşayırdı. Yəqin seyid olduğuna görə. Babamın dünyasını dəyişməsi ilə bu söhbətlər səngimişdi. Bir gün atamdan soruşub dəqiqləşdirmək istədim. Nələr danışdı nələr.
Deməli, Seyid Şəfi dayı kənddə olanda bir nəfər içkili vəziyyətdə onun evinə oğurluğa girir. Bu zaman seyid oyanır...
Deməli, Seyid Şəfi dayı kənddə olanda bir nəfər içkili vəziyyətdə onun evinə oğurluğa girir. Bu zaman seyid oyanır. Oğru tüfəngi çıxardıb Seyid Şəfi kişiyə nə qədər tuşlasa da, güllə açılmır. O, tüfəngin qundağı ilə seyidi vurmaq istəyəndə qolları tutulur. Açığı ssenariyə baxanda güllənin bumeranq effekti ilə oğrunun özünə qayıdacağını düşünürdüm. Bu dəfə oğru yaxşı qurtarıb. Bir də olmaz yəqin ki.
Seyid Şəfi dayının başından keçənlər təkcə bunlar deyil. Kənddə acıladığı bir qonşu bir gün içir və maşını sürür seyidin üstünə. Maşın seyidə çatan an xoddan yatır. Nə qədər cəhd edirlər, xoda düşmür. Ancaq seyid çəkiləndə maşını xoda sala bilirlər. Bu ölümsüz insan haqqında sizə bir şey də danışım.
O gün – elə cəmi 10 gün öncə Seyid axşam yatıb, səhər durmayıb. Əcəl onu ancaq yuxulu vəziyyətdə zərərsizləşdirə bilib, bəlkə də bilməyib. “Cəddi də ölübmü?” Bax məsələ budur. Atam deyir sağdır, qonşular gecə binanın başında görüblər.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.