Getdikcə şərqləşən Azərbaycan

NATO LAP QONŞULUQDADIR

Tez-tez baş verən istənilən hadisə, o cümlədən də hər hansı siyasi proses axırda adiləşir. İnsanlar buna sanki alışır və düşünürlər ki, elə belə də olmalıdır.

Bu baxımdan elə NATO-nun tədbirlərinin də qonşu Gürcüstanda keçirilməsi bizim üçün o qədər adi hal olub ki, bu və ya digər tədbirin anonsu veriləndə artıq bunu bir qədər etinasızlıqla qarşılayırıq.

NATO-nun baş katibinin növbəti dəfə Tiflisə səfər edəcəyi haqda xəbər, üstəlik Alyansın Parlament Assambleyasının toplantısının bu şəhərdə keçirələcəyi haqda məlumat elə də sıradan bir olay olmadı.

Amma sizləri deyə bilmirəm, şəxsən bəndəniz üçün NATO-nun baş katibinin növbəti dəfə Tiflisə səfər edəcəyi haqda xəbər, üstəlik Alyansın Parlament Assambleyasının toplantısının bu şəhərdə keçirələcəyi haqda məlumat elə də sıradan bir olay olmadı.

Məsələ bundadır ki, NATO-nun Parlament Assambleyasının toplantıları bir qayda olaraq üzv dövlətlərdə keçirilir. Gürcüstan isə hələ üzv dövlət deyil və bu o deməkdir ki, NATO onu özünün, necə deyər, qeyri-rəsmi üzvü hesab edir.

Bunu isə belə başa düşmək lazımdır ki, Tiflisin NATO ilə bağlı planları bəzi politoloqların düşündüyü kimi heç də tamamilə xəyal da deyildir...

“BALANSLAŞDIRMA” KİMİN ÜÇÜNDÜR?

Bunları sizə niyə deyirəm? Keçmiş sovet ölkələrinin geosiyasi orientasiyası məni həmişə çox düşündürüb. Vaxtaşırı Azərbaycanın bu xüsusdakı seçimini, rəsmi Bakının “balanslaşdırma siyasəti”ni, onun hərbi–siyasi bloklara qoşulmamaq strategiyasını özüm üçün təftiş edir və bunun nə qədər effektli olmasını anlamaq istəyirəm...

Əgər hakimiyyət öz maraqları ilə milli təhlükəsizlik siyasəti arasında bir uzlaşma yarada bilibsə, bunu da normal qəbul etmək lazımdır, çünki hakimiyyətlər bir qayda olaraq təmənnasız olmur.

Demirəm ki, bu illər ərzində aparılan siyasət səhv olub və nəticəsiz qalıb. Yox, müəyyən dividentlər var, hərçənd ki, bu dividentlər böyük hesabla “hakimiyyətin aktivi”nə yazılır. Amma hətta bunun da fərqinə varmırıq. Olsun. Əgər hakimiyyət öz maraqları ilə milli təhlükəsizlik siyasəti arasında bir uzlaşma yarada bilibsə, bunu da normal qəbul etmək lazımdır, çünki hakimiyyətlər bir qayda olaraq təmənnasız olmur.

Üstəlik, belə bir detala da diqqət yetirmək olar ki, Gürcüstan faktiki olaraq Abxaziyanı və Cənubi Osetiyanı itirib. Bu separatçı rejimlər artıq Rusiyaya birləşmək haqqında referendum keçirmək barədə düşünür və vəziyyət heç də ürəkaçan deyil. Amma biz də Qarabağı qaytarmamışıq və bilmək olmur ki, “balanslaşdırma siyasəti”ndən kim daha çox fayda götürür, bir ölkə kimi Azərbaycan, yoxsa onun hakimiyyəti?..

Bir məsələ də məni çox düşündürür. Əgər bilsəydim ki, bizim hakimiyyəti Qərbə, xüsusən də onun əsas təhlükəsizlik institutuna, NATO-ya qarşı soyuq münasibət bəsləməyə yalnız Rusiyanın mümkün təhdidləri vadar edir, daha az narahatlıq keçirərdim.

Amma gözəl bilirəm ki, belə deyildir. Ön planda hakimiyyətin öz maraqları və bir də ölkəni öz bildikləri kimi, “dədə-baba qaydası” ilə idarə etmək istəyidir. Qərb daim Azərbaycan hakimiyyətindən müəyyən iqtisadi və siyasi islahatlar tələb edir. Hakimiyyət isə bundan heç xoşlanmır. Qərbə qarşı soyuq, bir az da kinli münasibətin səbəbi budur. Ən əsası odur ki, getdikcə bu soyuqluq və kin daha da artır. Rəsmi Bakı despotik Şərq ölkələrinə qapıları daha geniş açır, Qərbə tərəf nəfəsliyi isə tamam qapayır...

SƏN HARALISAN, HARALISAN...

Həm də geosiyasətdə bir “harada olmaq” problemi də vardır. Düzdür, artıq 80-ci illərin sonu və 90-cı illərin əvvəli deyil. Daha əvəllərdəki kimi partiyalar və siyasi fəallar platformalarının preambulasında Qərbə və NATO-ya inteqrasiyanı önə çəkmirlər, əvvəlki eyforik münasibət yoxdur və bunun da səbəbi odur ki, Qərb və NATO keçmiş sovet ölkələrinin bir qismini sıralarına tam hüquqlu üzv kimi qatmağa tələsmir.

Amma israrlı siyasət yürüdülərsə böyük ehtimalla bunun gec-tez nəticəsi olacaqdır. Düzdür, bir az gözləmək lazım gələcək, amma sonda müəyyən dividendlər tamamilə real görünür. Üstəlik, inteqrasiya və əməkdaşlıq bir sıra islahatların həyata keçirilməsini tələb edir ki, onların da ölkə üçün böyük faydası var.

Amma nə etmək olar ki?.. Azərbaycan hakimiyyəti ölkənii tamamilə fərqli istiqamətə çəkir və o, getdkcə kiçik və despotik bir Şərq ölkəsinə çevrilməkdədir. Bəzən adam o qədər qeyzlənir ki, ixtiyarsız olaraq bircə sual keçir beynindən: əcəba, biz hansı dövrdə və quruluşda yaşayırıq?..

Amma nə etmək olar ki?.. Azərbaycan hakimiyyəti ölkənii tamamilə fərqli istiqamətə çəkir və o, getdkcə kiçik və despotik bir Şərq ölkəsinə çevrilməkdədir. Bəzən adam o qədər qeyzlənir ki, ixtiyarsız olaraq bircə sual keçir beynindən: əcəba, biz hansı dövrdə və quruluşda yaşayırıq?.. Belə vəziyyət isə qətiyyən ürəyimizcə deyil, çünki bir daha deyirik ki, Qərblə ardıcıl inteqrasiya kursunun saxlanılması ölkədə demokratiyanın və azadlığın təminatıdır. Belə hal cəmiyyəti elə də fəal olmayan və siyasi islahatlara barmaqarası baxan Azərbaycan üçün isə xüsusilə önəmlidir...

Hakimiyyəti də qorxudan elə budur. Onlar da bilirlər ki, Qərb demokratiya və azadlıq deməkdir, hakimiyyətsə bunları öz cəmiyyətinə çox görür...

Adam bəzən düşünür ki, bəlkə elə azərbaycanlıların özlərinin də çoxu Şərqə tərəf daha meyllidir? Bəlkə onların çoxu özünü daha çox şərqli hesab edir? Axı “Əli və Nino” romanının baş qəhrəmanı çoxunda böyük simpatiya doğurur!..

Üstəlik, bunun özü də çox səciyyəvidir ki, gənc Əli daha çox Şərqi, gürcü qızı Nino isə Qərbi təcəssüm etdirirdi. Lap elə bu gün olduğu kimi – Tiflis Qərbə can atır, Bakı isə tipik Şərq despotiyasına çevrilir...

Amma tarix də var. Cəmi azərbaycanlılar olmasa da hər halda bizim maarifçi ziyalılarımız həmişə Qərb dəyərlərinə həssas olublar. Düzdür, bunda Rusiya ilə təmaslar da heç də az rol oynamayıb ki, bunu da etiraf etmək lazımdır. Rusiya vasitəsilə vaxtilə Qərb mədəniyyətinə çıxış əldə etdik. Amma daha buna ehtiyac yoxdur, Rusiyanın mədəni vasitəçiliyi, yardımı olmadan da keçinə bilərik, çünki Qərb öz mədəniyyət qapılarını çoxdan üzümüzə açıb. Nə edək? Həmin qapıları qapayaqmı?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.