İki əldən atəş aça bilən robot “F.E.D.O.R.”

Rusiyada hazırlanmış və 2021-ci ildə kosmosa göndərilməsi planlaşdırılan insanabənzər robot Fedor iki əllə hədəfə atəş açmağa öyrənib. Bu haqda baş nazir-müavini Dmitri Roqozin məlumat verib.

“Bu dəfə F.E.D.O.R. platformasının robotu atıcılıq instruktoru ilə yarışırdı, özü də o, müxtəlif istiqamətdə iki əli ilə eyni anda atəş açırdı. Perspektiv araşdırmalar fondu robota kiçik hərəkətliyi və qərarların qəbul etmə alqoritmini öyrədir”, deyə baş nazir müavini öz rəsmi Facebook hesabında qeyd edib. O, həmçinin öz Twitter hesabındakı mikrobloqunda robotla olan fotosunu da yerləşdirərək qeyd edib ki, hərbi robot texnikası intellektual maşınların yaranmasında açar rolunu oynayır və burada söhbət Terminatordan yox, süni intellektin yaradılmasından gedir.

Belə bir robotun mövcudluğu haqqında yalnız ötən ilin oktyabr ayında məlum olub. Həmin zaman Roqozin Facebook-da robotun bacarıqlarını nümayiş etdirdiyi bir vdieo yerləşdirmişdi. Videoya şərh olaraq isə bildirmişdi ki, perspektivli layihə olan idarə olunacaq gəminin kosmik eksedisiyada iştirak etməsi üçün robotun uyğunlaşdırılması tapşırılıb.

Roqozinin sözlərinə görə, robot texniki görmə qabiliyyətinə malik və sərbəst şəkildə qoyulmuş məqsədə çatmaq üçün optimal qərarlar da qəbul edə bilir. Bu proses isə avtonom şəkildə həyata keçirilir. Bununla yanaşı, robot zərurət yaranarsa, avatara da çevrilə bilir – bir neçə kilometr aralı məsafədə yerləşən operatorunun hərəkətlərini kopyalaya və onun ağlında olan komandaları yerinə yetirə bilir.

14 oktyabr tarixində Fedor Beynəlxalq provaslav tələbə forumunda patriarx Kirillə görüşüb. Xəbərələrə görə, robot və Rusiya Provaslav Kilsəsinin rəhbəri bir-birinə diqqətlə baxdıqdan sonra Fedor “qəfildən əllərini göyə qaldırdıqdan sonra, kilsə rəhbərinə öz metal əlini uzadıb”. Bunu gözləməyən patriarx mexaniki olaraq ona əlini uzatsa da vaxtında əlini geri çəkə bilib.

Fedor Rusiya FHN tapşırığı ilə Android texnikası və Perspektivli Araşdırmalar Fondu tərəfindən hazırlanıb. İlk olaraq robot “Avatar” şərti adı altında olsa da, müəyyən müddət öncə robot öz “Fedor” (Final Experimental Demonstration Object Research) adını alıb.