Misirdə yeni piramida qalıqları tapılıb

Misir arxeoloqları Qahirədən 26 km məsafədə yerləşən Daxşur bölgəsində əvvəllər elmə məlum olmayan yeni bir piramidanın qalıqlarını aşkar ediblər.

Piramidanın 13-cü Dinastiyanın dövründə tikildiyi təxmin edilir.

Tapılan qalıqlar yaxşı vəziyyətdədir. Misirin qədim abidələr üzrə nazirliyi bildirir ki, piramidanın daha çox hissəsinin üzə çıxarılması üçün qazıntılar davam etdiriləcək.

Aşkar edilən qalıqlar piramidanın daxili strukturunun bir hissəsini göstərir. Arxeoloqlar, həmçinin, 15-17 sm ölçülərində heroqlif yazılı mərmər piltələr də üzə çıxarıblar.

Növbəti mərhələdə piramidanın sahibinin kim olduğu və hansı krallığa aid olduğu incələnəcək.

Daxşur ərazisində bugünə qədər ümumilikdə 15 piramida aşkar edilib.