Google yalan məlumatları ifşa edəcək

Google saxta məlumatlarla mübarizəni gücləndirir.

Ötən ilin oktyabrında ABŞ və Böyük Britaniyada Google News-da aktivləşən “fakt yoxlama sistemi” artıq bütün dünyada çatımlıdır.

Özəllik Google News-la yanaşı, axtarış nəticələrində də özünü göstərəcək.

Məlumatların doğruluğunu Politifacts və Snop kimi xidmətlər yoxlayır.

Google News-da yoxlanılmış məqalələr “fact check” nişanı ilə işarələnir. İstifadəçi hər hansı məlumatı axtararkən saxta və ya doğru olduğu qeyd olunur. Daha detallı bilgi almaq üçün Polifacts və Snop kimi qurumların verilən linklərinə tıklamaq gərəkir.

Şirkət qeyd edir ki, bəzi durumlarda eyni məlumat barədə müxtəlif qurumların rəyləri əks ola bilər. Ancaq, fərqli mövqelər də istifadəçinin hər hansı informasiyanı dəyərləndirməsinə kömək ola bilər.

Qeyd edək ki, bir müddət öncə Facebook da yalan xəbərlərlə mübarizə üçün bənzər sistemi işə salıb. Xidmət ABŞ, Almaniya və Fransada əlçatandır.