Marsa uçuş yolunda növbəti addım

Boeing şirkəti dünya və Mars arasında dayanma, keçid məkanı olacaq yeni kosmik vasitəsini tamamlayıb.

Deep Space Gateway adlanan sistem Marsa gedən yolda kosmik gəmilər üçün bir duracaq yeri ola bilər. Bu, gəmilərə yorucu Mars missiyasına başlamazdan öncə dayanıb yanacaq ehtiyatını yenidən doldurmağa imkan verəcək.

Tranzit vasitəsi günəş enerjisiylə çalışır.

Boeing gəmini NASA-nın Kosmik Başlatma Sistemi (SLS) vasitəsiylə 2020-ci ilin əvvəlində göndərməyi planlaşdırır.

Sistem o qədər böyükdür ki, dörd fərqli missiya ərzində uçurdulacaq və yavaş-yavaş bir yerə toplanacaq.

Boeing SLS-i inkişaf etdirməyə də kömək olur. Ona görə də, firmanın gələcəkdə insanların Marsa göndərilməsində əsas rol oynayacağı gözlənilir.

Milyoner Elon Musk da 2020-ci ildə Marsa missiya göndərməyi vəd edib.

Ümid edilir ki, kosmonavtlar “Qırmızı Planet”ə çatdıqdan sonra orada həyatın olub-olmadığı sualına cavab tapacaqlar.