Turizm və siyasət

Həmişə olduğu kimi bu dəfə də bütün informasiyanı (ictimai-siyasi abu havanın görünən tərəfini) rayona bayram istirahətinə gedərkən, TV-lərdən aldım. Təsadüfdən bu bayram da Türkiyə-Hollandiya siyasi böhranına düşdü. Həmişə olduğu kimi, bu dəfə də bizim televiziyalar böyük vaxt sərfiyyatı ilə bu məsələyə xüsusi “həssaslıqla” yanaşdılar. Bunu sırf “Avropada İslamafobiya” kimi qələmə verdilər.

Hər informasiya proqramında şəhərdə olan turistlər barədə 3-5 dəqiqəlik süjetdən başqa bizim televiziyalar bu sahədə neyləyir?

Məlumdur ki, dünyaya neft-qaz ixrac edən ölkələr sürətlə qeyri-gəlir sahələrini inkişaf etdirməyə böyük əmək, maddiyyat sərf edirlər. Bunun üçün ən optimal və tez gəlir götürülən sahə turizmdir. Ölkənin tanınmasına – reklamına külli miqdarda pul ayrılır. Bizim ölkəmizdə də bu sahədə görülən işlər yetərincə də effekt verir. Amma necə ki, kənarda ölkə təbliğ olunur, eləcə də ölkədə də turizm mədəniyyəti – tolerantlıq təbliğ olunmalıdır. Turist turistdir. Sadəcə bu. Hər informasiya proqramında şəhərdə olan turistlər barədə 3-5 dəqiqəlik süjetdən başqa bizim televiziyalar bu sahədə neyləyir?

Əvəzində məlum hadisəylə bağlı çox geniş proqramlar efirə gedir. Müxtəlif mütəxəssislər, politoloqlar baş vermiş bu hadisəni tam fərqli şəkildə əhaliyə ötürürlər. Demokratiya tərəfdarı olan bütün ölkələr İslam düşmənləri kimi qələmə verilir. Hər kəs bilir ki, bölgələrimizdə yerli TV-lərə baxanlar daha çoxdur. Bu fikirlər əhalidə Avropaya və orada yaşayanlara, həmçinin ölkəmizə gələnlərə qarşı mənfi rəy formalaşdırır. Məlumdur ki, Qərb turistləri potensial gəlir mənbəyidir və onlar ölkəmizə gəldikdə, ərəblərdən və asiyalı turistlərdən fərqli olaraq, təbiətə daha çox üstünlük verirlər.

...bu sahədə elə Gürcüstandan bəhrələnə bilərik. Turzm sahəsi neytral olmalıdır, yəni hansısa siyasi və digər olaylardan kənarda tutulmalıdır məncə.

Bəlkə bizim TV-yə baxan hansısa bir turist tərcüman vasitəsilə bu proqramlardan birini izlədi. Görəsən bu cür proqramlar efirə gedərkən bütün bu məqamlar nəzərə alınırmı? Məncə bu yetərincə toxunulmalı və nəzərə alınmalı olan mövzudur. Əbəttə, bunu daha genış yazmaq, təhlil etmək olardı - hər sətir ayrıca yazı mövzusu da ola bilər. Amma bu sahədə elə Gürcüstandan bəhrələnə bilərik. Turzm sahəsi neytral olmalıdır, yəni hansısa siyasi və digər olaylardan kənarda tutulmalıdır məncə.

Biz bütün İslam olkələri arasında ən tolerantıyıq. Elə 2017-ci il də multikulturalizm və tolerantlıq ili elan olunub. Gəlin qaş düzəltdiyimiz yerdə vurub göz çıxarmayaq. Hansı mövqedən baxsaq TV-lərin bu yanaşması doğru deyil. Bizə xeyir gətirmir, gətirməyəcək də.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.