Bu həftə sosial şəbəkədə iki xəbər gündəmdə idi. Əvvəla, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkəmizdə 5000 eşşək yoxa çıxıb. Uzunqulaqların vətənimizdə it-bat olması, mətbuatın bu məsələni işıqlandırması, xalq arasında narahatlıq yaratmaya bilməzdi.
Çünki ta bineyi-qədimdən millətimiz eşşək məsələsində həssas olub. O təkcə yükdaşıyan, zəhmətkeş, məzlum heyvan deyil, həm də bir çox Azərbaycan qədim atalar sözlərinin, nağılların, rəvayətlərin, hekayələrin qəhrəmanıdır.
Çünki ta bineyi-qədimdən millətimiz eşşək məsələsində həssas olub. O təkcə yükdaşıyan, zəhmətkeş, məzlum heyvan deyil, həm də bir çox Azərbaycan qədim atalar sözlərinin, nağılların, rəvayətlərin, hekayələrin qəhrəmanıdır.
“Eşşəyə min, ata çatınca”, “Eşşək nə bilir zəfəran nədir?”, “At qovulmaz, eşşəy gəlib ötməsə”, “Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb”, “Eşşəyimiz ölüb, başı qızıldan”, “Ölmə eşşəyim, yaz gələr yonca bitər”, “Eşşək bir kərəm batdığı palçığa, bir daha girməz” və s.i.
Buna görə o yekəlikdə statistika idarəsinin işini-gücünü atıb, ölkədə eşşəklərin sayı ilə maraqlanması sizə elə-belə gəlməsin. Həm də şanlı hökümətimizin hər vəchlə xalqımızın tarixi abidələrini, salnaməsini, elmi-mədəni irsini, adət-ənənələrini, milli dəyərlərini, özünəməxsus koloritini qoruyub-saxlamaq, gələcək nəsillərə ötürmək uğrunda çalışdığı bir zamanda, yüzlərlə hekayə, lətifə, atalar sözlərinin baş qəhrəmanı olan heyvanın kütləvi şəkildə yoxa çıxması yol verilməzdir.
Bu həm də ölkənin imicinə xələl yetirir. İşdi bu xəbəri xarici mətbuatlar bilsə, onda necə? Adama deməzlər ki, o böyüklükdə ədəbi obrazı necə oldu itirdiniz? Bəli, eşşəyin dünyada nüfuzu, ölkəmizdəki hörmətindən heç də az deyil.
Əstəfrullah, bu o demək deyil ha, hökümət eşşəyi vətəndaşdan üstün tutur, nəbadə. Sadəcə eşşək də sıradan adi heyvan deyil axı. Bu üzdən dövlət idarəsinin narahatçılığı anlaşılandır.
Amerikada Demokratlar partiyasının simvoludur, İncildə İsa Məsih Qüds şəhərinə məhz eşşək üstündə girir. Ona görə o irilikdə idarənin, vətəndaşı qoyub eşşəkləri araması bekara deyil. Əstəfrullah, bu o demək deyil ha, hökümət eşşəyi vətəndaşdan üstün tutur, nəbadə. Sadəcə eşşək də sıradan adi heyvan deyil axı. Bu üzdən dövlət idarəsinin narahatçılığı anlaşılandır.
Vay o günə, məlum ola ki, zavallı eşşəkləri basıb yemişik. Bu hanibalizmə bərabər olar. Hamı bizə gülər, lağ edər, məsğərəyə qoyallar, bizləri barbar sanarlar. Mən hələ Allah eləməsin, eşşəklərin düşmən tərəfə, Ermənistana qaçmağın demirəm. Bədnam qonşularımız bizi haydı-hoyduya tutar. Ölkədən uzunqulaqların müəmmalı şəkildə itməsi heç yaxşı hal deyil.
Həqiqət odur ki, ölkəmiz indi iqtisadi krizis yaşayır, bir az pulumuz azalıb, cibimiz boşalıb, əhvalımız korlanıb insanlar baş götürüb ölkədən qaçır, lakin eşşəklərin aradan çıxması biabırçılıqdır. Eşşək vətəndaş deyil ki, baş götürüb ölkədən qaça. Həm də bu ölkə, min şükür olsun xudaya, yiyəsiz deyil ki, burda o sayda heyvan itsin. Eşşək pul, qızıl deyil ki, oğurlayasan, offşorlara ötürəsən, villada podvalda gizlədəsən. Yəni o günə qalmışıq ki, artıq eşşəklərimizi qoruyub, saxlaya bilmirik?
Gərək eşşəklərimizi qoruyaq. Bu gün “eşşəyimiz ölüb” deyib, otura bilmərik. Gərək hamılıqla bir yumruq tək birləşib vətəndaş mövqeyimizi ortaya qoyaq...
Bu bəndənizə İlf və Petrovun ölməz “12 stul” əsərin xatırladır. Orta təhsilli çilingər N saylı həyətin darvazasını söküb aparır düzəltməyə, bir müddət sonra əli işdən soyuyur və məhlə qalır qapısız. Ondan sonra həyətdə qəribə hadisələr yaşanır. Sakinlərin əşyaları başlayır itməyə. Küçədə ipdən asılmış pal-paltarlardan sonra, nəhayət qaynayan samovarı oğurlayırlar. İndi nə olsun ki, ölkəmiz bir az sıxıntı içərisindədir, başımızı itirmişik. Gərək eşşəklərimizi qoruyaq. Bu gün “eşşəyimiz ölüb” deyib, otura bilmərik. Gərək hamılıqla bir yumruq tək birləşib vətəndaş mövqeyimizi ortaya qoyaq, yığılıb gedək el-obadan didərgin düşmüş eşşəklərimizi müqəddəs torpağımıza qaytaraq.
İkinci məsələ, məlum “Əli və Nino” kitab mağazalarında satılan kitabların qiyməti ilə bağlı idi. Ölkənin sosial əhli iki cəbhəyə bölünmüşdü.
Paradoksaldır, kitab almayan, oxumayan, kitaba dəyər verməyənlər kitabların satış qiymətindən qeyri-məmnun idilər.
Menşiviklər kitabların baha qiymətə satılmasından narazı idilər. Paradoksaldır, kitab almayan, oxumayan, kitaba dəyər verməyənlər kitabların satış qiymətindən qeyri-məmnun idilər.
İkinci cəbhə, Bolşeviklər isə bunun qara piar olduğunu təkid edirdilər. Guya ki, bu hay-küy ölkədə yeni kitab mağazaları, nəşriyyat evləri açmağa hazırlaşan məmurun növbəti kələyidir. Qısası yenə ara qarışmışdı.
Bizim vətəndaşın ölkədə söz azadlığı, demokratiya, insan haqları, təhsil, səhiyyə, sosial problemlər və digər məsələlərdə öz mövqeyini bildirməsinə, haqqını tələb etməsinə, səsini ucaltmasına öyrəncəliyik. Bunu heç kim dana bilməz. Hökümət də bilir ki, bizim xalq əlini stola çırpdısa, işlər fırıqdır, gərək onun istədiyini, dediyini verəsən.
Amma menşiviklər kitabın qiyməti məsələsində ağ elədilər. Ay qardaş, hökümətimiz dəfələrlə, dönə-dönə təkrar edib. Gördüz çıxış yolu yoxdur, gedin alternativ yollar arayın. Yəni ki, kitaba pulun yoxdur, get internetdən yüklə, bukinistdən al, yoxsa durub bəhanə axtarma. Xoşun gəlmir, narazısan, girmə o dükana. Bir də, səbr edin görək məmurun kitabları neçəyə satılacaq. Yoxsa baha olsa, əl-ələ verib, gedib onun dükanları qarşısında mitinq edəcəksiniz? Narazıçılıq bildirəcəksiniz? Yoxsa məmurun kitabxanalarından alış-veriş etməyəcəksiniz? Guya ki, kitabsız yaşaya bilmirsiz, kitab sizə çörək su kimi vacibdir?. O qədər boşboğazlıq eləməkdənsə, gücünüzü, vaxtınızı oxumağa sərf edin. Onsuz da bu ölkədə elə sizin ucbatınızdan kitab dəyərsizləşib. Kitab oxumaq əvəzinə, kitabın qiymətindən narazı olanların üzündən.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.