Bəzi məsələlər var ki, etiraz eləmək, müzakirəyə çıxarmaq qəbul edilməzdir. Ərəbistanda bir din böyüyü bu yaxınlarda Yer kürəsinin hərəkətsiz olduğunu iddia etmişdi. Bu dərəcədə savadsızlıq artıq gülünc və həddini aşma olur. Sən Yerin fırlanmağını başa düşməmisən deyə Yer fırlanmamalıdır? Yaxşı olardı bir az oxuyub öyrənib, soruşub, dərk edəsən ki, Yer kürəsi necə olur ki, hərəkət edir. Əgər heç cürə bunu anlamaq mümkün deyilsə onda elmin dediyi ilə, bilənlərin dediyi ilə razılaşmaq lazımdır. Qısacası bəzi məsələlərdə tez razılaşmaq lazımdır ki, daha vacib məsələlərə gəlib çıxaq.
Əvvəla bunda razılaşmaq lazımdır ki, avtoritarizm iqtisadi cəhətdən geridə qalmaq demək deyil və yaxud da liberal demokratiya da iqtisadi cəhətdən inkişaf etmək deyil. Siyasi idarəetmə ilə iqtisadi idarəetmə fərqli yanaşmalarla həyata keçirilir.
Əvvəla bunda razılaşmaq lazımdır ki, avtoritarizm iqtisadi cəhətdən geridə qalmaq demək deyil və yaxud da liberal demokratiya da iqtisadi cəhətdən inkişaf etmək deyil. Siyasi idarəetmə ilə iqtisadi idarəetmə fərqli yanaşmalarla həyata keçirilir.
Təbii ki, bunu da qəbul etməliyik ki, insan azadlığı çox vacib məvhumdur. Cəmiyyətlərdə və dövlətlərdə fikir azadlığı nə qədər təmin olunarsa fərdlər və vətəndaşlar özlərini daha rahat və xoşbəxt hiss edərlər. Həm də cəmiyyəti, insanlığı, dövləti düşüncə, ideya və fikir inkişaf etdirdiyindən, fikirlər nə qədər çox azad ifadə oluna bilsə inkişafa səbəb olan fikirlərin də ortaya çıxma ehtimalı o dərəcədə çox olar .
Azadlıqların səviyyəsi bəzən şəraitə, vəziyyətə görə dəyişə bilər, ancaq dövlət və vətəndaş münasibətləri baxımından stabil iqtisadi təminat, işsizliyin azaldılması, sosyal fəaliyyətlər şəraitə və vəziyyətə görə dəyişməməlidir. İnsan həyatı üçün və bizim kimi tarix səhnəsinə yeni çıxmış dövlətlərin və millətlərin quruculuğu üçün vətəndaşların çoxluğuna yayılmış stabil iqtisadi inkişaf və təmin olunma vacibdir. Bəzən belə bir fikirlə qarşılaşmaq olur ki, siyasi azadlıqlar olmadan iqtisadi həyatın dirçəlişi mümkün deyil. Əlbəttə ki, düzgün deyil və çox ümumi fikirdir. Problemləri necə həll edə bilmə vizyonu olmayanlar üçün bu cür arqument asandır, ancaq bunu deyim ki, bu cür təfəkkürlə istənilən şəraitdə də iqtisadi cəhətdən uçuruma gedilər.
Keçən əsrin ortalarında da bir çox dünya səviyyəli iqtisadçılar da bunu düşünürdülər ki, iqtisadiyyatın hər tərəfli inkişafı siyasi azadlıqlar olmadan qeyri mümkündür. Sinqapur nümunəsi onların fikrini dəyişdirdi və aydın oldu ki, avtoritar bir rejimdə nümunəvi iqtisadi inkişaf ola bilərmiş.
Sinqapur dövləti və Sinqapur vətəndaşları bütün dünya qarşısında hörmətə layiqdirlər... Sinqapurda siyasi olaraq azadlıqlar limitli olsa da iqtisadi inkişaf üçün lazım olan başda iqtisadi azadlıqlar olmaqla digər şərtlər təmin olunub və yerinə yetirilib.
Sinqapur dövləti və Sinqapur vətəndaşları bütün dünya qarşısında hörmətə layiqdirlər. 5 milyon əhalisi və Bakıdan kiçik ərazisi ilə əhalisinin yaşam standartlarına görə dünyanın ən qabaqcıl 5-6 ölkəsindən biri olan Sinqapur dünyada hər bir insanın şüuruna müsbət imici ilə özünü həkk edə bilmiş model bir dövlətdir. Bütün nailiyyətlərini öz parlaq vizyonu ilə 30 illik bir zaman dilimində Sinqapuru ortabab bir ölkədən superinkişaflı bir ölkəyə çevirən milli lideri Li Kuan Yu-ya borcludur. Li Kuan Yu avtoritar bir rejim qurmuşdu, ancaq etiraf etmək lazımdır ki, belə nümunəvi orijinal model qurucusunu hörmətlə anmamaq, sözün mənfi mənasında diktator olduğunu iddia etmək heç cürə ədalətli olmur. Bunu da qeyd edim ki, Sinqapurda siyasi olaraq azadlıqlar limitli olsa da iqtisadi inkişaf üçün lazım olan başda iqtisadi azadlıqlar olmaqla digər şərtlər təmin olunub və yerinə yetirilib.
Bir də Sinqapura əks arqument kimi avtoritar rejimli Zimbabve var ki, iqtisadi cəhətdən çökmüş bir ölkədir. 85 faizlik işsizlik və ölmüş valyutası və hiperinflyasiyaları ilə rəzil vəziyyətindədir. Zimbabve haqqında elə iki cümlə kifayətdir.
Azərbaycan isə bir çox faktorlarda bu iki ölkənin arasında olan ancaq üzünü hazırda Zimbabveyə yönəltmiş bir ölkədir. Sinqapur nümunəsindən görürük ki, avtoritarlıq hər zaman pis deyil, hətta avtoritarlıq bəzi şəraitlərdə lazımlı və müsbətdir. Meksika kimi demokratik bir ölkədənsə Sinqapur kimi avtoritar ölkəni tərcih edərdim. Ancaq iqtisadi böhran, torpaqlarının işğal atlında olması bir dövlət üçün artıq mənfi və pis haldır.
...belə uğurlar tək şəxslə olan iş deyil, xalq olaraq bizim ictimai şüur anlayışımızın formalaşmamasının ölkə olaraq geri qalmağımızda rolu böyükdür.
Biz niyə bəs Sinqapur kimi ola bilmirik? Birincisi Li Kuan Yu faktoru var ki, bunu gözardı etmək olmaz. Belə nəhəng layihəni yerinə yetirə bilmək istisna insan olmağı gərəkdirir. Atatürk kimi, Li Kuan Yu kimi adamlar nadir hadisələrdir. İkincisi, belə uğurlar tək şəxslə olan iş deyil, xalq olaraq bizim ictimai şüur anlayışımızın formalaşmamasının ölkə olaraq geri qalmağımızda rolu böyükdür. Üçüncüsü də qeyri profesianallıq, hakimiyyətdə olan vizyon əksikliyi, vəzifədə olanların işə Sovet təfəkkürü ilə yanaşması və iqtisadi idaretmədə savadsızlıq səbəbindən bu bizdə alınmır.
Ərəbistanın şeyxülislamı başa düşsə də, düşməsə də Yer kürəsi hərəkətdədir. Kimin nə deməsindən və yaxud da anlayıb anlamamasından asılı olmayaraq Azərbaycanı hörmətli və qabaqcıl ölkə etməyin yolları var. İstəmək, oxumaq, öyrənmək, araşdırmaq, düşünmək, və tətbiq etmək lazımdır.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.