Dağlıq Qarabağda daha bir Aprel yaşana bilərmi?

ƏGƏR ERMƏNİSTAN İSTƏMƏSƏYDİ...

Dağlıq Qarabağdakı, ümumiyyətlə, Azərbaycan-Ermənistan sərhədindəki hərbi gərginliyi təkcə Ermənistandakı parlament seçkisi ərəfəsi vəziyyətlə izah etmək bir az yanlışlıq və hətta sadəlövhlük olardı. Amma belə cəhdlər də var. Bir sıra təhlilçilər belə hesab edir ki, Serj Sarkisyan hakimiyyəti diqqəti daxili problemlərdən uzaqlaşdırmaq, həm də cəmiyyətin gözündə siyasi xal qazanmaq üçün bilərəkdən həm siyasi ritorikasını kəskinləşdirir, həm də Qarabağdakı hərbi durumu bir az da gərginləşdirməyə cəhd edir.

Təbii ki, seçkilər vaxtı qeyri-sabitlik meylləri güclənir, hər şeyi siyasiləşdirmək və cəmiyyətin gözündə “qəhrəman”a çevrilmək istəyi artır. Amma belə bir vaxtlarda təkcə hakimiyyətin deyil, elə müxalifətin də çağırışlarına və ya şüarlarına diqqət yetirmək lazımdır.

Belə ehtimallara sayğımızla bahəm (onları tamam istisna etmək də mümkün deyil!) yenə də qeyd etmək zəruriyyətindəyəm ki, iki münaqişə tərəfi arasındakı durum bir qayda olaraq həmişə gərgin olub – seçkilər vaxtı da belə olub, qeyri vaxtlarda da...

Bəlkə də azərbaycanlı təhlilçilərin ən böyük yanlışlığı odur ki, onlar Ermənistandakı seçkilərə lazım olandan daha çox önəm verirlər. Təbii ki, seçkilər vaxtı qeyri-sabitlik meylləri güclənir, hər şeyi siyasiləşdirmək və cəmiyyətin gözündə “qəhrəman”a çevrilmək istəyi artır. Amma belə bir vaxtlarda təkcə hakimiyyətin deyil, elə müxalifətin də çağırışlarına və ya şüarlarına diqqət yetirmək lazımdır.

Bəs aprel ayında Ermənistanda keçirələcək parlament seçkilərini daha realist və Azərbaycanla dialoq tərəfdarı olan siyasi qüvvələrin udması nə dərəcədə realdır?

Bu ehtimalı elə də yüksək hesab etmirəm. Bu gün Ermənistanda ən realist siyasətçi kimi eks-prezident Levon Ter-Petrosyan tanınır. Amma gəl ki, sosioloji sorğulara görə onun təmsil etdiyi seçki bloku heç də ən ön cərgələrdə deyildir.

Üstəlik, daha bir məqam da var. Elə Ermənistan müxalifəti də Qarabağla bağlı sərt siyasət yürütməyin tərəfdarıdır. Hətta cəmiyyəti daha bir “aprel savaşı”na çağıranlar, indiki hakimiyyəti Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa səsləyənlər də var.

Sovetlər vaxtı bütün proseslərə yanaşmada bir ştamp vardı – guya ki, cəmiyyət, zəhmətkeş insanlar yalnız və yalnız işə getmək və evə gəlmək haqqında düşünür, suyu bulandıranlar isə hansısa mafioz qüvvələrdir...

Sovetlər vaxtı bütün proseslərə yanaşmada bir ştamp vardı – guya ki, cəmiyyət, zəhmətkeş insanlar yalnız və yalnız işə getmək və evə gəlmək haqqında düşünür, suyu bulandıranlar isə hansısa mafioz qüvvələrdir...

Artıq üçüncü on illik keçsə də elə Azərbaycanda da hələ bir fikir hökm sürür ki, guya Dağlıq Qarabağ problemi yalnız və yalnız Rusiyanın geosiyasi ambisiyalarının təzahürüdür. Təbii, münaqişədə Rusiyanın böyük bir rolu var, hətta deyərdim ki, həlledici rolu var.

Məgər Rusiyanın Ermənistanı Cənubi Qafqzada özünün forpostu adlandırması bunun sübutu deyilmi? Amma Ermənistan özü də, necə deyərlər, az aşın duzu deyil. Əgər Yerevan bu vaxta qədər Azərbaycana qarşı israrla başqa siyasət yürütməyə çalışsaydı Rusiya onu öz geosiyasi ambisiyalarının alətinə çevirə bilərdimi? Gürcüstanı niyə Azərbaycana qarşı qoya bilmədilər? Halbuki bunun üçün də zəmin tapmaq mümkün idi. Üstəlik, belə cəhdlər də olmuşdu. Amma Tbilisi bu oyunlara getmədi, əksinə Azərabycan və Türkiyə ilə sıx əməkdaşlıq yolunu tutdu.

Qərəz, demək istədiyim budur ki, Ermənistan Dağlıq Qarabağ problemində heç də adi “alət” deyil. Ona görə də bir siyasi qüvvənin digərilə əvəzlənməsinin bölgədə tamam fərqli əməkdaşlıq arxitekturasının yaranmasına gətirib çıxaracağını fikirləşmək bir azacıq sadəlövhlük olardı.

Qərəz, demək istədiyim budur ki, Ermənistan Dağlıq Qarabağ problemində heç də adi “alət” deyil. Ona görə də bir siyasi qüvvənin digərilə əvəzlənməsinin bölgədə tamam fərqli əməkdaşlıq arxitekturasının yaranmasına gətirib çıxaracağını fikirləşmək bir azacıq sadəlövhlük olardı. Həm də yaddan çıxarmaq lazım deyil ki, Ermənistanda “milli oyanış” prosesi də Dağlıq Qarabağın ilhaqı ideyası əsasında formalaşmışdı...

Ona görə də bu ölkədəki müxalifətin də çağırışlarına və bəyanatlarına bir az diqqət yetirmək lazımdır. Her şey heç də düşünülən qədər sadə və ümidverici deyil – hətta müxalifətçilər də ötən ilki aprel uğursuzluğu ilə barışmaq istəmir, onun əvəzini çıxmağa çağırırlar...

HƏTTA SÖZÜ DƏ ÜRƏKDƏN DEMİRLƏR...

Elə bu səbəbdən də vəziyyət gərgin olaraq qalır. Diplomatların dialoq çağırışlarına rəğmən hər an yenidən hərbi əməliyyatlar başlaya və lokal hərbi insidentlər genişlənə bilər.

Ötən ilin aprel əməliyyatlarının Azərbaycan üçün önəmi böyükdür. Münaqişə başlayandan demək olar ki, ilk dəfə olaraq Bakı özünü hərbi müstəvidə göstərə bildi.

Başa düşürəm, insanlarda ümid və inam yaratmaq üçün kiçik uğurları da qabartmaq lazım gəlir. Amma bu siyasi reklama çevriləndə istər-istəməz bir az təsirini itirir...

Düzdür, uğurlar elə də böyük deyildi və bu gün bircə kəndin – Cocuq Mərcanlının bərpasını az qala böyük qayıdış və çox böyük bir qələbə tək qələmə verildiyini görəndə adam ən azı qarışıq hislər keçirir – axı həmin bu kənd işğal altında olan yüzlərlə kənddən yalnız biridir!..

Başa düşürəm, insanlarda ümid və inam yaratmaq üçün kiçik uğurları da qabartmaq lazım gəlir. Amma bu siyasi reklama çevriləndə istər-istəməz bir az təsirini itirir...

Üstəlik, Yerevanda bununla da barışmaq istəmirlər. Əvvəl belə dedilər ki, işğal olunmuş yüz minlərlə hektar ərazinin müqabilində Azərbaycanın iki min hektar ərazini azad etməsi onlar üçün böyük bir itki deyil. Amma gəl ki, sonrakı çıxışlardan belə məlum oldu ki, Yerevan hətta bununla da hesablaşmaq fkrində deyil.

Təsadüfi deyil ki, ötən ilin aprelindən bu tərəfə bir neçə dəfə hərbi vəziyyəti gərginləşdirməyə cəhd edilib. Amma Bakı da sübut etdi ki, o, daha əvvəlki ölkə deyil və ordusunu yetərincə gücləndirə bilib.

Elə bu səbəbdən Yerevanın daha bir dəfə də hərbi əməliyyatlara əl atacağı Bakıda hər hansı bir qorxu və ya təlaş oyatmır, əksinə rəsmi Bakı daim işarə edir ki, daha əvvəlki illər deyil...

Elə bu səbəbdən Yerevanın daha bir dəfə də hərbi əməliyyatlara əl atacağı Bakıda hər hansı bir qorxu və ya təlaş oyatmır, əksinə rəsmi Bakı daim işarə edir ki, daha əvvəlki illər deyil...

Amma münaqişə həll olunmamış qalır. Ermənistan özünün hərbi üstünlüyünü siyasi nəticələrə, Bakı isə özünün siyasi-iqtisadi üstünlüyünü öz ürəyincə olan hərbi nəticələrə çevirə bilmir. Düzdür, diplomatlar və böyük dövlətlərin başçıları mövcud status-kvonun məqbul olmadığını deyir. Amma bütün bunlar sözdən o tərəfə getmir.

Təkcə sözlə isə heç nə həll olunmur – bunu ən azı on illiklərin təcrübəsi deməyə əsas verir. Üstəlik, əsl obyektiv, həqiqətən də reallığı əks etdirən söz də deyilmir. On illərdir ki, problemin hərbi həllinin olmadığı bildirilir. Amma siyasi həll də tapılmır. Elə indiki status–kvo da məhz belə yarımçıqlığın nəticəsi deyilmi?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.