İlk Apple kompüteri üçün 320 min dollar

Stiv Cobsun (Steve Jobs) yaratdığı ilk seriya Apple-1 kompüterlərindən biri auksiona çıxarılır. Cihazın 320 min dollara qədər satılacağı təxmin edilir.

Auksion may ayının 20-də Almaniyada baş tutacaq.

Kompüterin bütün dünyada cəmi 8 nümunəsi qalıb. Stiv Vozniyak (Steve Wozniak) və Stiv Cobs öz fərdi kompüterlərini 1976-cı ildə yaradıblar. Həmin kompüterlərdən 150 ədəd hazırlanıb. Bunlardan bir neçəsi onların ailə üzvlərinə və dostlarına satılıb.

Auksiona çıxarılacaq Apple 1-in alıcılarına orijinal sənədlər, təsisçilərin səsləri olan telefon zənglərini qeydləri təklif olunur. Kompüter orijinal karta və ilkin 6502 mikroprosesora, nadir, ağ keramik dizayna sahibdir. Cihaz həmçinin, orijinal NTİ nişanını daşıyır.

Fərdi kompüteri Vozniyak dizayn edib və hazırlayıb. O, Stiv Cobsla birgə cihazın satışını Byte Shop vasitəsilə gerçəkləşdirib.

Əvvəlcə bu kompüterlər 666,66 dollara satılıb. Stiv Jobs təkrarlanan rəqəmləri sevdiyi üçün belə bir qiymət qoyulub.

Kompüterin orijinal əməliyyat sistemi olmayıb. Klaviatura girişi və monitor arasında əlaqə sadəcə bir monitor proqramıyla yaradılıb.

Apple-ın ilk müştəriləri klaviaturanı, enerji blokunu, monitoru, kasetli maqnitafonu özləri tapmalıydılar.

Bu günə qədər Apple-1 auksionda ən baha 2014-cü ildə satılıb. Cihaz 915 min dollara Ford şirkəti tərəfindən alınıb.