Bu da vəssalam...

Ana söyüşünə görə bəlkə də baş kəsəcək dərəcədə kiminə görə dəliqanlı, bir başqasına görə aqressiv adlandırılan millət elə biz özümüzük. Gözümüzü açandan Vətənlə Ana kəlməsinin adının birgə çəkildiyini eşitdik. Sizi bilmirəm, mən özümü tanıyanda anamızın 20 faizinin düşmən əlində olduğunu gördüm.

Faciənin kadrını görən onlarla vicdanlı adam döyüşlərə atıldı, qırıldılar. Millət bu yolla yaxşılardan, qeyrətli kəsimdən arınmış oldu.

Xocalı faciəsinin 4-cü günü əsirlər dəyişdirilərkən ermənilər bizimkilərə “dünən qızlarınızın üçgünlüyü idi, niyə gəlmədiniz?” – sualını ünvanladılar. Bu xəbər ölkə mediasında sürətlə tirajlandı. Faciənin kadrını görən onlarla vicdanlı adam döyüşlərə atıldı, qırıldılar. Millət bu yolla yaxşılardan, qeyrətli kəsimdən arınmış oldu.

Sonra şəhidlərin ailələrinə biganə qaldıq. Onlara rüşvət qarşısında pensiya kəsilməsinə göz yumduq. Müharibə vaxtı boş qalmış evlərdən kilim, xalça televizorları yığıb satan, bu yolla varlanan adamlar isə “fəxri adlar” aldı. Hər faciəmizin ildönümündə isə bəh-bəhlə faciələrin ildönümlərinə bir milyon qərənfil qurban dedik, vəssalam.

Təqvimin hər ayına biri-ikisi pərçimlənmiş faciələrin ildönümlərini əzbərlətdik övladlarımıza. Ağlaya-ağlaya ruhdan düşdük. Bizim üçün ömrünü verən atalarımız müharibə vaxtı minbir yolla müharibədən yayındı (bütün atalara aid deyil), 20-30 il sonra uğrunda ölümə belə hazır olduğu övladları mismarlı məktublarda – tabutlarda atalarının üstünə qayıtdılar. Yenə də içimizdən bir boynu xıltalı çıxıb millət qaldır tabutları, Azərbaycan sağlığına söylədi. Üstəlik metr-metr şəhid üçün məzar qazdıq, fəqət ön xətdə bir metr xeyrimiz olmadı. Bu da vəssalam.

Xəyanət, haqsızlıq, tamah adlandırdığımız nəsnələr üstündə baş kəsdik. Həbs olunmayaq deyə rüşvət verib özümüzü cəzalardan yayındırdıq. Sabah öz başımıza gəldi, bu ölkədə haqq-ədalət yoxdu, “qılış musurmanıq, bizim üstümüzdə cəllad olmalıdır” deyə mızıldandıq.

Xəyanət, haqsızlıq, tamah adlandırdığımız nəsnələr üstündə baş kəsdik. Həbs olunmayaq deyə rüşvət verib özümüzü cəzalardan yayındırdıq. Sabah öz başımıza gəldi, bu ölkədə haqq-ədalət yoxdu, “qılış musurmanıq, bizim üstümüzdə cəllad olmalıdır” deyə mızıldandıq.

İçimizdə bəzi saflar qalmışdı, haqsızlığa hayqırmağa başlayanda maraqla nə vaxt həbs olunacağını gözlədik. Göz görə-görə gora göndərdik. Mərhum professor Aydın Məmmədovun bu millət qəhrəmanını ya kürsüdə ya da dar ağacında görmək istəyir fikri, get-gedə daha qorxulu hədd almağa başlayıb.

Dünyada oxumamaq üçün rüşvət verən və analoqu olmayan tələbə-valideyn-müəllim kontingenti hələ də xəyali “Ginnes”də qüvvədən düşməyib. Bəzilərimiz də elə sonradan başımızda oturan həmin tələbələrin əlində öldük. Sözün bir çox mənasında...

Ara-sıra bəzi başıboş millət vəkillərimiz, ölkəmizin müstəqilliyinə yox düyməsi basan və 25 il deputat kürsüsünə arxası yapışıqlı qalmış millətbaşılarımız “quşlayanda” onların milli kimliyinə, ailəsinə dil uzatdıq. Yadımıza düşmədi ki, vağzal qırağının uşaqları sortbasort olur. Burada milli kimlik milli limandra kimi bir şeydir. Tarixə baxmadıq ki, hər yarım əsrdən bir məmləkətimizə 100-200 minlik aylarla evindən-eşiyindən kişilərin - ərəb, fars, rus əsgərlərinin cinsi təlabat yeri olduq. İndi kimin üzünə baxırsan ya qıyıqgözdür, ya sarıdır, ya da qara... Bu da vəssalam...

İndi siz deyin, biz harda itirdik özümüzü?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.