Qərbin özünəməxsus düşüncəsi

Bugün Avropada elmin bu qədər inkişaf etməsidə Şərqin payı az deyil. Avropada elm və texnika Şərqdəki Çin, Hindistan, müsəlman ədəbiyyatlarını araşdırıb, üstünə yenilərini əlavə edərək bu səviyəyə gəlib çatıb. Ancaq necə oldu ki, Şərq bu qədər geri düşdü? Niyə 15-ci əsrdən sonra bu sıçrayışdan Rusiya özünə pay götürdüyü halda, Osmanlı çöküşünü sürətləndirdi? Niyə Almaniya, Portuqaliya, İspaniya, İngiltərə yeni eraya başladığı halda Hindistan, Çin, Osmanlı, ümumiyyətlə Şərq dövlətləri azı 100-200 il geriyə düşdü?

Heç kim deyə bilməz ki, Şərqdə Darvin, Nyuton qədər elmə maraqlı insanlar Şərqdə olmayıb. Olub əlbəttə...

Əvvəl qeyd etdiyim kimi, dünyada inqilab etmiş Marks, Smit kimi insanlar da Şərq iqtisadçılarının, eləcə də özlərindən əvvəlki Qərb iqtisadçılarının fikirlərini oxuyub özlərinə məxsus fikirlər yaradıblar. Heç kim deyə bilməz ki, Şərqdə Darvin, Nyuton qədər elmə maraqlı insanlar Şərqdə olmayıb. Olub əlbəttə, amma niyə Darvin biologiyası, Nyuton fizikasına yaxınlaşacaq uğur Şərqdə yox, Qərbdə olub? Bu avropalıların üstün irq, düşüncə cəhətdən daha qabaqcıl olmağı ilə bağlı deyil. Ən azı mən belə hesab etmirəm. Necə ki, İslam ərəblər tərəfindən başlayıb, İranlılar və Türklər tərəfində yayılmağa başlayıbsa, bu gün elmdə sıçrayış Qərbdə başlayıb və çox geniş əraziyə yayılıb.

Necə oldu ki, Qərb bu sıçrayışı edə bildi?

19-20-ci əsrlərdə, müsir dövrün başlanğıcında Qərb zehniyyəti o dövrün tələblərinə tam uyğun formalaşmışdı. Bitki axtaran bioloqla, sərvət axtaran dənizçinin ortaq fikirləri bugünki Avropanın əsasını qoyub. Bu insanlar ilk öncə cahilliklərini kəşf etmişdilər. Onlar uzaqda nə olduqlarını bilmirdilər və yeni kəşflərə ehtiyac olduğunu dərk etmişdilər. Avropa imperializmindən əvvəl Şərqdə olan imperiyalar dünyanı zatən bildiklərini düşünür, fəthləri ancaq öz dünya görüşlərini yaymaq üçün həyata keçirirdilər.

Romalılar, Monqollar digər torpaqları güc və zənginlik üçün işğal etmişdilər. Amma 15-ci əsrdən sonra Qərb imperiyaları yeni torpaqları mənimsəməkdən əlavə yeni bilgiləri də mənimsəməyi qarşılarında məqsəd qoymuşdular.

Məsələn, ərəblər Misiri, İspaniyanı, Hindistanı nəsə öyrənmək üçün işğal etməmişdilər. Romalılar, Monqollar digər torpaqları güc və zənginlik üçün işğal etmişdilər. Amma 15-ci əsrdən sonra Qərb imperiyaları yeni torpaqları mənimsəməkdən əlavə yeni bilgiləri də mənimsəməyi qarşılarında məqsəd qoymuşdular. Zaman keçdikcə torpaqların fəthi ilə elmin fəthi bir-birinə bağlandı. 18-19-cu əsrlərdə Avropadan yola çıxan hər önəmli səfərdə elm insanları da mövcud idi. Məsələn 1798-ci ildə Misiri işğal edən Napoleon yanında 165 elm insanını aparmışdı.

Başqa bir misal. 1831-ci ildə İngiltərə krallığı Qalapaqos, Folklend adalarının sahil xəritəsini çıxarmaq üçün bir donamanı yola salmaq niyyətində idi. Gəminin kapitanı yolda qarşılarına çıxacaq geoloji quruluşu araşdırmaq üçün gəmiyə bir geoloq çağırdı. Və bu dəvətə Kembric məzunu, 22 yaşlı Darvin cavab verdi. Gerisini yazmağa ehtiyac yoxdur. Darvinin kim olduğunu məndən yaxşı bilirsiniz. Qısaca qeyd edim ki, gəminin kapitanı xəritələrini çəkərkən Darwin buranın bitki örtüyü ilə maraqlanaraq, bugünki Təkamül nəzəriyyəsinin əsasını qoymuşdur.

1785-ci ildə Uilyam Cons Hindistanın Benqali vilayətində sanskrit dilində yazılmış hərfləri görüb bunun araşdırılmasına başlayıb. Daha sonra bunu kitab halına salan Jones əslində sanskrit ilə yunan, latın, köhnə fars dilləri arasında geniş bənzərlik olduğunu yazıb. Məsələn, ana sözünün sanskritdə “matar”, latınca “mater” olduğunu qeyd idib. Daha sonra məhşur olacaq hind-avropa dil ailəsi nəzəriyyəsinin əsasını qoyan Cons əslində bu fərqli dillərin indi unudulmuş vahid dildən törədiyi fikrini ortaya çıxarıb. Burada vurğulamaq istədiyim məsələ dil deyil. Sadəcə ingilislər gəlməmişdən əvvəl, yüz illər boyu sanskirtçə yazıların orda olduğu halda niyə bu kəşfi məhz ingilislər etmişdi? Məncə bunun tək cavabı var - “düçüncə və zehniyyət fərqi”. “Əslində heç nə bilmədiyimizi etiraf edəcək qədər güclü olmaq” fikri.

Qərb mikroskopu kəşf etdikdən sonra əslində dünyada mövcud olan, amma gözlə görünməyən nə qədər şeyi bilmədiklərini dərk etdik. Cahilliyin kəşfi elmin kəşfinə təkan verdi. 300 il əvvəl at arabasında təkərin quruluşu ancaq arabanın sahibini maraqlandırırdı. Elmin bununla işi olmazdı. Aradan 3 əsr keçməyinə baxmayaraq, bir neçə əsr əvvəl araba ilə küçədə gəzən insanlar bu gün insanın damarına nanorobotlar yerləşdirərək bədəndə mövcud olan virusları zərərsizləşdirirlər. Bu təfəkkür sahibləri bu gün, Qərbdə, insan bədəninin qocalmasının qarşısını almaq üçün genetika mühəndislərinə milyon dollarlarla vəsait ayırırlar. “Öyrənmək üçün doğulmuşuq” fikri bu gün Avropanı suni intellekt, nanorobort, tükənməz sərvətlərdən əlverişli istifadə yolları mərhələsinə gətirib çıxarıb.

Əvvəl yeni məlumat əldə etmək üçün yola çıxan qərbdə, hazırda bunun əksi olacaq prosses gedir. Bu gün məlumatı dəyərləndirmək və planlarını həyata keçirməyə çalışan elm adamlarının özləri Qərbə axın edir. Məhz bu beyin axını Qərbin özünün qazandığı uğurdur. Qərb sübut edib ki, Şərqə nisbətən elmə daha çox qiymət verir. Onun üçün minlərlə alim bu gün öz fikir və ideyalarını sübut üçün Avropa ölkələrinə və Amerikaya gedir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.