Diabetikləri kor olmaqdan xilas edəcək yeni üsul

Şepens Göz Araşdırmalar İnstitutunun (Schepens Eye Research Institute) mütəxəssisləri müəyyən ediblər ki, transformasiyaya uğrayan -β (TGF-β) faktorunun artması diabetik retinopatiyanın qarşısını alır. Bu xəstəlik yaşlı insanlar arasında yayılan korluğun başlıca səbəbidir. Alimlər siçovulların üzərində təcrübə keçirərək bunu müəyyən etməyə nail olublar.

Alimlər keçirdikləri təcrübədə TGF-β səviyyəsinin artmasının qarşısını alıblar. Üzərində təcrübə aparılan diabetli heyvanlarda bu proses retina qan damarlarının zədələnməsinə gətirib çıxarıb. Beləlikə, TGF-β siçovulların retinasını qoruyub saxlayıb. Mütəxəssislər ümid edirlər ki, onların əldə etdikləri nəticə diabetik retinopatiyaya qarşı dərmanların hazırlanmasında onlara yardımçı olacaq.

Hal-hazırda diabet retinopatiyasına qarşı heç bir müalicə üsulu yoxdur, yeganə çıxış yolu qanda şəkərin səviyyəsinə nəzarət etməkdir.

Bundan başqa, qeyd etmək lazımdır ki, həftədə iki dəfə balıq yağının qəbulu da şəkərin 2-ci qrupundan əziyyət çəkən şəxslərdə diabetik retinopatiya riskini əhəmiyyətli dərəcədə azaldır. Bunu Barselona alimləri Aralıq dənizi pəhrizinə zeytun yağını əlavə etməklə və ürək-damar xəstəlikləri üçün profilaktiki pəhrizi müqayisə edərkən müəyyən ediblər.