Latınca «klassisus» — nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin məqsədi – insanın və dünyanın məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata keçirilməsidir.
Antik incəsənətin dirçəlişi, klassik ənənələrə pərəstiş İntibah dövründən başlasa da, klasisizm məhz XVII əsrdə bir cərəyan kimi formalaşır. “Klassisizm” cərəyanının nümayəndələri kimi, bir çox bəstəkarları saymaq olar. Lakin əksər hallarda “klassik musiqi” anlayışı əsrlər boyu bəstəkarlar tərəfindən yaradılan, yazılı surətdə qorunub-saxlanılan dərin məzmunlu bütün musiqi əsərlərinə deyilir.
Klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir.
Bəzən hansısa qüsursuz, mükəmməl bir musiqi əsərini eşidəndə “əsl klassik musiqidir” deyirik. Klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir.
Klassik musiqi qərb ənənələrinə söykənir. Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Ölkəmiz musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar.
Professional klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur. 30-cu illərin sonu - 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikasının milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir.
Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev, Fikrət Əmirov və Niyazinin yaradıcılıq axtarışları ilə bağlıdır.
Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər.
“Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi həm də dövrümüzün böyük dirijorları sırasına daxildir.
30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir klassik musiqi bəstəkarları yetişmişdir. S. Rüstəmovun “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s., T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələrdir.
Musiqinin insana təsirini araşdıran alimlər klassik musiqinin insana möcüzəvi təsirini müəyyən etmişlər. Burada daha çox Motsart, Vivaldi, Qriq, Bethoven, Şubert, Şuman, Çaykovski və Debyussi kimi bəstəkarların əsərləri vurğulanmışdır.`