2000 ildən çox müddətdən sonra əfsanəvi vəsiyyətnamə tapılıb. İngilis tarixçisi bəyan edib ki, Böyük İsgəndərin vəsiyyətnaməsi neçə yüzilliklərdir ki, görünən bir yerdə imiş, lakin heç kim ona fikir verməyib. Hökmdarın vəsiyyətnaməsi “Böyük İsgəndərin tarixi” əlyazmasının sonuncu fəslində yer alıb.
Uzun zamandır ki, tarixçilər romanın son fəslində yer alan hökmdarın son arzusunu əks etdirən bu fəslin sadəcə bir pamflet olduğunu düşünürdülər. Lakin, tarixçi Devid Qranta (David Grant) görə, bu fikir yanlışdır.
On il ərzində hərtərəfli aparılan araşdırmalara görə, vəsiyyatnamə fəsli orijinal sənəd üzərində qurulub: ona yalnız bir az bədiilik verilib.
Devid Qrant bu kəşfini “Böyük İsgəndərin itmiş vəsiyyətnaməsi axtarışında” kitabında qeyd edib. Tarixçinin fikrincə, vəsiyyatnamənin əsli imperiyanın regionlarına nəzarət edən sərkərdələr tərəfindən böyük ehtiyatla gizlədilirdi. Belə ki, İsgəndər onu doğulmamış metis oğluna - İsgəndər IV və məşuqəsindən olan böyük oğlu Gerakla saxlamaq niyyətində imiş. Uzun illər ərzində vəsiyyətnamənin əslini gizli şəkildə yenidən yazıb onu kağız parçaları şəklində yayırdılar. Sənəddə həmçinin hərbi rəislərin hökmdara qarşı hazırladıqları sui-qəsdə də işarələr yer alır.