İran proqramları Apple Store-dan silinir

Apple İran mənbəli resursları Appe Store-dan yığışdırır.

Ölkənin ən məşhur elektron ticarət platformalarından Digikala-nın mobil proqramı Appe Store-dan silinib.

Şirkətin bu addımı İrana qarşı tətbiq olunan sanksiyalarla bağlı olduğu bildirilir.

Apple ötən ilin sentyabr ayında İranlı startapçı və proqramçılara məhdud da olsa, özünün proqram mağazasına çatım imkanı vermişdi. Beləliklə, İranlı developer-lər öz proqramlarını digər ölkələrdə qeydiyyatdan keçirmək məsələsindən qurtulmuşdular.

Mobil proqramlarını Appe Store-a yükləmək istəyənlərin aldığı mesajda bildirilir ki, ölkəyə qarşı beynəlxalq ticarət qadağaları ləğv edilərsə, məhdudiyyət aradan qalxacaq.

Ancaq “DigiKala” əməliyyatlarını “Shaparak” ödəmə sistemi üzərindən gerçəkləşdirir. Bu sistemlə isə beynəlxalq ödəmələr mümkün deyil. Buna görə də, Apple-ın xidmət və şərtlərinə zidd bir vəziyyətin olmadığı düşünülür.

Bəzi İran bankları iOS proqramlarını App Store-da qeydiyyatdan keçirmədən müştərilərə çatdırmaq üçün üsullar axtarır.

İran bazarında hal-hazırda 40 milyon smartfon var. Bunların 6 milyonu iPhone-dur.

Məsələ barədə Apple-dan geniş açıqlama olmasa da, şirkətin iranlı istifadəçilərə kömək üçün çıxış yolu üzərində çalışdığı bildirilir.