“Xoşbəxtlik hormonu” arıqlamağa kömək edirmiş

Xoşbəxtlik hormonu kimi tanınan serotonin həm də piyləri əritməyə kömək edir.

Amerika alimlərinin yeni araşdırması bunu üzə çıxarıb.

Əgər orqanizmdə serotonin hormonunun səviyyəsinin dəyişməsi insanın həyat tərzinə təsir edirsə, FLP 7-nin səviyyəsinin dəyişməsinin heç bir yan təsiri yoxdur.

Bundan əvvəl aparılan bir araşdırma da xoşbəxtlik hormonunun yağları əritdiyini, arıqlamağa kömək etdiyini ortaya çıxarıb. Hər iki tədqiqat da təcrübədə sübut olunub.

Skripps İnstitutunun tədqiqatçıları prosesin mexanizmlərini üzə çıxarmaq üçün nematodlar (yumru qurdlar) üzərində təcrübə aparıblar. Bu həşəratın seçilməyinə səbəb onlarda metoblizmasının ənənəvi olması və beyinlərində insanınkına bənzər molekulların çox olmasıdır.

Araşdırmacılar serotonin və yağ əritmə arasındakı yolun pozulub-pozulmadığını öyrənmək üçün həşəratın əsas genlərini siliblər. Genləri bir-birinin ardınca test etməklə neyropepdid hormon olan FLP-7-ni kodlaşdıran geni sıfırlaya biliblər.

Araşdırmanın nəticəsində bəlli olub ki, FLP-7 beyindəki neyronlardan yüksək səviyyədə serotonin ifraz edir.

Sonra neyropepdid bağırsaqda qan damarları vasitəsilə hərəkət edir və yağ əritmə prosesini başladır.