Gates Fondunun son ianəsi: 279 milyon dollar

Bill və Melinda Qeyts

Bill və Melinda Gates Fondu Washington Universitetinə 279 milyon dollar bağışlayb. Vəsait bütün dünyada sağlamlıq və ölümün səbəblərinə dair məlumatı izləyən layihəyə xərclənəcək.

Bu, Gates Fondunun etdiyi ən böyük ianələrdən biridir. Bu həm də universitetin tarixində ən böyük özəl ianədir.

Vəsait Washington Universitetinin Sağlamlıq Ölçmə və Dəyərləndirmə İnstitutuna (IHME) verilir. Bu institut dünyanın ən əsas və bahalı səhiyyə problemlərini təhlil etmək və onlarla bağlı strategiyaları dəyərləndirməklə məşğuldur.

"Bəlkə də siz heç vaxt IHME barədə eşitməmisiniz, ancaq o, dünya səhiyyəsində çox böyük rol oynayır. On il əvvəl IHME fəaliyyətə başlayanda dünya səhiyyəsi ilə bağlı məlumatlar əsasən davamlı və ...etibarlı deyild", deyə Gates Fondunun rəhbəri Sue Desmond-Hellman öz bloq postunda bildirib.

IHME-nin özü də 1 il əvvəl Gates Fondunun 105 milyon dollarlıq qrantı əsasında yaradılıb. Fond bu vaxta qədər instituta 445 dollardan çox vəsait ayırıb.

İnstitutun big data yanaşmasından istifadə edərək apardığı geniş və uzunmüddətli tədqiqat dünyanın ən ciddi səhiyyə problemlərini müəyyən etməyə yardım edəcək.

Üç ay öncə fond IHME-nin yeni Dünya Səhiyyəsi departamenti üçün yeni binanın tikintisinə 210 milyon dollar ayırıb. Yeri gəlmişkən, bu departamentin özü də Gates tərəfindən maliyyələşdirilir.

"Hansı sahəyə daha çox faydamız dəyə biləcəyini düşündüyümüz zaman, bir çox təşkilatlar kimi bizim fondumuz da IHME-nin işindən çox bəhrələnib", - Desmond-Hellman deyir.

Gates Fondunun bu qrantı institutun yaxın 10 il ərzində aparacağı tədqiqata yönəldiləcək.

Əslən Sietldən olan Gateslər Universitetə ümumi məbləği 1,25 milyard dollara çatan 250 qrant veriblər. Bill Gatesin həmtəsisçisi olduğu "Microsoft" şirkətinin bağışladığı 100 milyon dollarlıq vəsait bura daxil deyil.

"Bəxtimiz gətirib ki, bizim yerli universitetimiz həm də dünyada innovasiya sahəsində aparıcı yerlərdən birini tutur. O, dünyada ən yoxsul insanlara yardım etmək üçün yeniliklər edir və biz buna görə minnətdarıq", - Melinda Gates öz bəyanatında deyib.

"Microsoft"un həmtəsisçisi Bill Gates və həyat yoldaşı Melinda həyatları boyu özlərinin 84 milyard dollarlıq varidatlarının yarısını ianə etmək öhdəliyi götürüblər. Gates və investisiya nəhəngi Warren Buffett 2010-cu ildə İanə Vədi adlı təşəbbüsə başlayıblar. Bu təşəbbüs dünyadakı milyarderləri xeyriyyə ianələrini artırmağa həvəsləndirmək məqsədi daşıyır.

Sağlamlıq Gates Fondunun fokuslandığı əsas sahələrdən biridir. Fond 2015-ci ildə dünyanın ilk malyariya peyvəndini maliyyələşdirib.

Gates fondu AIDS, autizm və vərəm sahəsində tədqiqatlardan tutmuş təhsil stipendiyası proqramlarına qədər bir çox təşəbbüsü maliyyələşdirib. Washington Universiteti də bu sahədə ön yerlərdən birini tutub.

Gates ailəsinin bu universitetlə bağlılığı yeni deyil. Bill Gatesin atası, anası və bacısı bu universitetdə oxuyublar.