Qızıl top sahibi Kriştianu Ronaldu Çin futbol klubunun təklif etdiyi ildə 100 milyon əmək haqqından imtina edib. Portuqaliyalı oyunçunun bu kluba transferinə isə onlar 300 milyon avro ödəməyə hazır olduqlarını da bildiriblər.
Ronaldu bildirib ki, artıq 31 yaşı olmasına baxmayaraq, bu cür təklif alması onu sevindirir. Lakin pul da heç vaxt futbolçunun yeganə stimulu olmayıb. Ona görə də məşhur portuqal futbolçusu bu təklifdən imtina etdiyini deyib.
Yeni İl qabağı futbolçunun agenti Jorje Mendeş adını demədiyi Çin fubol klubunun Ronaldunun transferi üçün 300 milyon avro verməyə hazır olduğunu və illik gəliri kimi ona 100 milyon avro verəcəklərini təklif ediblər. Bu məbləğ dünya futbolunda təklif edilən rekord bir məbləğdir.
“Real” Madrid də çinlilərin təklifini rədd edib. Səbəb isə - Madrid Ronaldunun kariyerasını orada bitirməsində maraqlıdır.
“Məqsədim – indiki səviyyədə mümkün qədər çox qalmaqdır. Böyük futbol dünyasında cəmi bir neçə ilim qalıb, bu vaxt ərzində Nike və “Real”la bir neçə gözəl müqavilə imzalamışam. Və çox şadam ki, belə samballı müqavilələrə imza ata bilmişəm. Bu inanılmazdır və bu mənə daha inadla işləməyə stimul verir”, deyə Ronaldu bildirib.
Bununla yanaşı Ronaldu onu da qeyd edib ki, pul onun üçün yalnız kariyerasını bitirdikdən sonra da həyat tərzi sürməsinə imkan verdiyinə görəmaraqlıdır. Futbolçunun sözlərinə görə, onun mümkün qədər çox pul qazanmaq kimi məqsədi yoxdur.
Bu ərəfədə “Şanxay Şenxua” Çin futbol klubu Ronaldunun keçmiş komanda yoldaşı Karlos Teveslə müqavilə bağlayıb. Onun illik gəliri 38 milyon avroya yaxındır. Bu məbləğ hazırda futbol dünyasında rekord məbləği hesab edilir.