Avropa kosmik agentliyinin həyata keçirdiyi layihə çərçivəsində alimlər bu texnologiyaların və robotların kosmosda istifadə imkanları barədə ilkin tədqiqatları aparırlar.
Elm və Sənaye Araşdırma Fondunun (SINTEF) alimləri iddia edirlər ki, onlar aşağı qravitasiya səviyyəsində hərəkət edə bilən robot-ilanları istehsal edə biləcəklər. Bu ideyanı alimlər təbiətdən götürərək, ilanların hərəkətlərini eynilə təkrar etməyə nail olublar.
İlkin olaraq, robot-ilanların istifadəsi yalnız Mars planetinin araşdırılması üçün nəzərdə tutulmuşdu. Orada onların açıq kosmosda olan çoxsaylı avadanlığın istismar imkanlarını yoxlaması və insanlara yardım edəcəyi gözlənilirdi. Lakin astronavtlar kosmik stansiyada göyərtəsində araşdırmalarından əldə etdikləri məlumatları yerdəki alimlərə göndəriblər, və bundan sonra robotlar Marsda və Ayda koloniyaların yaradılmasında da yardımçı olacaqlar.