Uzaq gələcəkdə Sibir və Şimali Amerika tektonik platformalarından vahid superkontinent formalaşacaq. Bundan əlavə, Yapon adaları da hazırda müasir Rusiyanın yerləşdiyi məkana birləşəcək. Rusiyada planetin üz qabığını öyrənən institutun alimləri belə bir nəticəyə gəliblər.
Sibir tektonik platforması prekembri dövrünə aid edilən qədim bir platformadır. Milyard ilə yaxın bu platforma Şimali Amerika platforması ilə birləşərək 25 milyon kv.kilometr ərazini əhatə edib. 600 milyon il əvvəl parçalanma nəticəsində paleoasiya okeanı yaranıb. Bu da öz növbəsində müasir materiklərin yaranması ilə nəticələnib.
Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Dmitri Qladkoçubanın sözlərinə görə, hazırda mövcud olan nəticələr, modellər kontinentlərin geoloji gələcəkdə bir-birinə qarşı necə yerləşəcəyini proqnozlaşdırmağa imkan verir. “Bundan 250 milyon il sonranın proqnozu artıq hazırdır. Sibir paltforması əvvəlki kimi Amerikanın şimal hissəsində yerləşəcək. Digər sözlərlə desək, superkontinental sikl yenidən tamalanacaq, və yeni bir superkontinent yaranacaq”, deyə REA-nın ümumi toplanıtısının elmi sessiyasında alim çıxışında qeyd edib.
Geoloqların proqnozlarına görə, Yaponiya adaları Rusiya ərazisinə yalnız 30 milyon ildən sonra “birləşəcək”.