Desəm ki, cəmiyyətimizin əsas problemi savadsızlıqdadır, təhsildədir, tamamilə yalan olar. Ele şey yoxdur. Ölkə idarəçiliyinin zirvəsindən tutmuş, ta ki, bazardakı kartof satana kimi ixtiyari şəxs ali təhsil diplomuna sahib ola bilər. Problem o deyil...
Quşlayanlardan tutmuş əlinə qələm alıb millətin heysiyyatına mən də bir zərbə vurum deyən şairfasonlara kimi, mal-qara saxlamağa məcbur olan müəllimdən tutmuş mal kimi susan əksər ziyalılara kimi, hər kəs ali savad göstəricisi olan diplom deyilən bu kağız parçasını əyri-doğru əlbət kimi almışdır.
Müqayişə etsək, görəcəyik ki, adambaşına düşən diplom sayına görə eks-sovet respublikaları arasında öndə gedənlərdənik. Amma nə olsun?
Müqayişə etsək, görəcəyik ki, adambaşına düşən diplom sayına görə eks-sovet respublikaları arasında öndə gedənlərdənik. Amma nə olsun?
Hər şeyi öyrəndik, her şeyi. Lazımlı-lazımsız her şeyi: triqonometriyadan tutmuş, üzvü maddələrin zəncirvari reaksiyalarına kimi, Avropa-rus ədəbiyyatının bütün incəliklərini avropalı və rusların özündən qat-qat həssaslıqla mənimsədik. Tələffüzü və dərki əlavə beyin yarimkürəsi istəyən orta əsr filosof şairlərin qəzəllərinin bədii təhlilinin hətta orta məktəb sagirdləri səviyyəsində qavranmasına nail olduq.
"Palatka" toylarını yığışdırıb göbələk kimi şadliq evlərinə, son zamanlar dəbdə olan mərasim evlərinə keçid kimi fantastik irəliləyişə nail olduq. Milyonlar töküb xaricdən tibbi avadanlıqlar gətirib xəstəxana və klinikalarımızı doldurduq... Sonsuz sayda sadalaya biləcəyim inkişaf məziyyətlərinə sahib olduq.
Hər addımın kökündə milli mənafə və demokratik inkişafdansa, biznes də deməyə dilim gəlmir (çünki daha modern səslənir), gəlin deyək ticarət, alış-veriş dayandı.
Amma nə olsun. Hər addımın kökündə milli mənafə və demokratik inkişafdansa, biznes də deməyə dilim gəlmir (çünki daha modern səslənir), gəlin deyək ticarət, alış-veriş dayandı. Biz bu ticarətin formalaşdırdığı toplumuq, əzizlərim. Ötəsi yox.
Çoxluq öz qınına çəkilib "ayə, neyləyim ki, qabağa düşüm" prinsipiylə ölkəmizdə bütün sahələri "zarazit" elədi. Ən dəhşətlisi isə, məsələnin maddidən cox mənəvi tərəfi daha çox xəsarət alıb: agressiya, ruh düşkünlüyü, sabaha inamsızlıq, gələcəyə ümüdsüzlük, sevgisizləşmə, maariflənməyə ayrılan vaxtın bekara şey olma arqumentləri, media və TV-lərə sıfır etibar və maraq, Facebookda bir neçə sayt və şəxslərin sızdırdıqları həqiqətə oxşar informasiyalara ümüd və gözləntilər.
Maşallah toylarımız da, yaslarımız da başdan ayağa göstəriş, adam nə evlənmək istəyir, nə də ölmək. Hər ikisi məsrəf. Kapitalizmin harda zərərli tərəfləri var mənimsədik. O isə ki, Allahın nəzərində olan, yəni, təbiətin verə biləcəyi ən gözəl yeraltı-yerüstü sərvətlərə sahib olan məmləkətik.
Sadəcə bir məsuliyyət var idi ki, bütün bu sadaladıqlarımın ötəsindən gəlir... Ölkəsinə, vətəninə ticarət obyekti kimi deyil, öz evi kimi, öz məhrəmi kimi yanaşmaq.
Sadəcə bir məsuliyyət var idi ki, bütün bu sadaladıqlarımın ötəsindən gəlir: öz mənsub olduğu ölkəsinin həqiqi, dürüst, canıyanan, ədalətli, əməksevər, fədakar, adam kimi vətəndaşı olmaq! Ölkəsinə, vətəninə ticarət obyekti kimi deyil, öz evi kimi, öz məhrəmi kimi yanaşmaq.
Nə zaman təcrübəsiz cavanından özünü idarə edə bilən ixtiyarına kimi, hər kəs vətən anlayışını şəxsi ambisiyalardan üstün tutacaq, bu toplumun sivil toplumlar arasında imzası olacaq?
Yoxsa xəyalında olduğumuz işıqlı “gələcək” gəlməyəcək.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.