Trump administrasiyasının kosmik siyasəti necə olmalıdır?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp (Donald Trump) tez-tez deyir ki, amerikalılar arzulamağı yadırğayıblar. Ancaq bu gün kosmik proqram yeni administrasiyanın və hərbi strateqlərin prioritet siyahısına daxil deyil. CNN-in bu yaxınlarda yaydığı reportajdan görürük ki, kosmos sahəsi ilə məşğul olanlar hazırda bütün qüvvələrini strateji üstünlüyü təmin edə biləcək yeni layihələrin işlənməsindən daha çox mövcud investisiyaların müdafiəsinə səfərbər ediblər.
Mayor Brent Ziarnik (Brent Ziarnick), polkovnik-leytenant Piter Qaretson (Peter Garretson), Everet Dolman (Everett Dolman) və Koyoti Smis (Coyote Smith) ABŞ Hava Qüvvələrinin Kosmik Üfüqlər tədqiqat qrupunun üzvləridir. Onlar "Wired" jurnalında dərc etdirdikləri məqalədə diqqəti Kosmosun Amerikanın xüsusilə böyük uğurlar qazandığı sahə olduğuna yönəldirlər. Onlar hesab edirlər ki, Trump administrasiysı hələ də pessimizmə üstün gələrək bu sahəni prioritetlər siyahısına daxil edə bilər.

Məqalədə daha sonra deyilir:

"ABŞ asteroidlərdən faydalı qazıntılar hasil edən ilk dövlət olacaq. Asteroidlərdən alınan mineral ehtiyatlar şəklində əldə edilən trilyonlarla dollar kosmosda dinamik iqtisadiyyatı təmin edə, bütün bəşəriyyəti ilhmlandıra bilər. Amerika bu prosesə başçılıq etməlidir.

ABŞ Aydan resurslar hasil edən, habelə Yerlə Ayın səthi arasında kommersiya daşımalarını yəmin edən ilk ölkə olacaq. ...ABŞ həmçinin bu xidmətlərin ilk istehlakçılarından biri olmalı, Ayın tədqiq edilməsi sahəsində biznesi inkişaf etdirən özəl şirkətlərə dəstək vermək sahəsində aparıcı rol oynamalıdır.

ABŞ orbitdə yanacağın saxlanması və yanacaqdoldurma xidmətləri təqdim edən ilk dövlət olacaq...

ABŞ özəl kosmik stansiya buraxan ilk ölkə olacaq. Çiçəklənməkdə olan kosmos iqtisadiyyatı cəmiyyətə kosmik məkana geniş və ucuz çıxış təmin etməlidir. Adi vətəndaşlar orada daimi yaşaya və işləyə bilməlidirlər. Mehmanxana biznesindən yaxşı başı çıxan yeni seçilmiş prezident Amerika brendi ilə fəaliyyət göstərən orbital qüllənin əhəmiyyətini dəyərləndirə bilər.

ABŞ tamamilə çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş kosmik gəmilərdən ibarət ilk donanmaya malik olacaq." Müəlliflərin sözlərinə görə, çoxdəfəlik modelin yaradlması texniki olaraq realdır, ancaq bu layihə hələlik hökumətin dəstəyini almayıb. "Amerika daha böyük qlobal innovasiyalar ekosisteminə yol açan nəqliyyat sistemini təmin edəcək", - deyə mütəxəssislər yazırlar.

"ABŞ ilk rentabelli günəş enejisi sistemini yaradacaq.

...ABŞ Yerin ilk təhlükəli asteroid və kometlərdən hərtərəfli müdaifəsi sistemini yaradacaq.

...ABŞ ilk dəfə başqa bir ulduza uçuş həyata keçirəcək. Ulduzlararası kosmik uçuş insanın kosmik səyahətləri tarixində kulminasiya olacaq. Amerika xalqı bunu ilk dəfə həyata keçirməyə hazır olmalıdır.

Bizim ...məsqəd siyahımız çox cəsarətli... görünür. Ancaq o, transkontinental dəmir yolunu, Hoover dambasını tikən, bütöv bir qitəni fəth edənlərin imkanlarına və xarakterinə tam cavab verir. Amerikalılar bu sahələrin hər birində liderdirlər. Yeni prezident sadəcə Amerikanın potensialını açmalıdır. Bu baş verdiyi zaman Amerika ixtiraçıları bizim arzularımızı kiminsə təsəvvür etdiyindən daha tez reallığa yaxınlaşdıracaqlar", deyə məqalə müəllifləri qeyd edirlər.