Bəşəriyyətin yox edə biləcək 37 virus

Britaniyanın Edinburq Universitetinin (Edinburgh University) alimləri bəşəriyyətin məhvinə səbəb ola biləcək 37 virusun adını açıqlayıblar. Alimlər tibb işçilərinin diqqətini xüsusi bakteriya növlərinə yönədliblər ki, təhlükəli epidemiyaların qarşısının alınması üçün müvafiq tədbirlər vaxtında görülsün.

Alimlər onu da əlavə edirlər ki, Yer kürəsinin əhalisi bu məsələyə kifayət qədər ciddi yanaşmalı, özündə çox risk daşıyan bu virusların siyahısını hazırlamalı və onların yayılmasını xüsusi diqqətlə izləməlidir.

Alimlərin planet üçün təhlükəli hesab etdikləri virusların siyahısında məşhur Ebola, Koronavirus (Yaxın Şərq tənəffüs sindromu) da yer alıb. Mütəxəssisləri daha öncə xəstəliklərin müəyyən edilməsi üsulunu hazırlayıb və təcrübədən keçiriblər. Təcrübə zamanı Ebola və Zika kimi virus epidemiyalarının yayılmasını bir neçə ay öncədən müəyyən etmək mümkün olub.

Mütəxəssilərin müəyyən etdikləri bu viruslar hazırda daha çox heyvanlara təsir edir. Buna baxmayaraq, alimlər virusların insanlar arasında da asanlıqla yayıla bilməsindən ehtiyat edirlər.

Kütləvi şəkildə insanların məhvinə səbəb olan epidemiyalardan daha biri Qara Ölüm olub. 1350-ci ildə bu epidemiya 50 milyon insanın ölümünə səbəb olub. Dövrümüzə daha yaxın olan epidemiyalaradan H1N1 (donuz qripi) virusunun güclü dalğası isə 1918-ci və 2009-cu illərdə baş verib.