SÜKUTU İLƏ “RAZIYAM!” DEYƏN CƏMİYYƏT...
Sentyabrda hakimiyyətin referenduma çıxardığı Konstitusiya düzəlişlərinin arasında vitse-prezidentlik institutunun yaradılması haqda da müddəalar vardı.
Müxalifət bunu real monarxiyaya doğru daha bir addım kimi qiymətləndirsə də, elə bir etiraz təşkil edə bilmədi. Hakimiyyət aksiyalara icazə versə də, nəinki ciddi, hətta nəzərəçarpacaq etiraz belə yaranmadı.
Müxalifət bunu real monarxiyaya doğru daha bir addım kimi qiymətləndirsə də, elə bir etiraz təşkil edə bilmədi. Hakimiyyət aksiyalara icazə versə də, nəinki ciddi, hətta nəzərəçarpacaq etiraz belə yaranmadı.
Elə hakimiyyət də özünün növbəti təşəbbüsü üçün böyük dəstək aksiyaları keçirmədi. Amma səsvermədən sonra bəlli oldu ki, həmişə olduğu kimi, cəmiyyət bu dəfə də ona böyük “dəstək” verib.
Düzdür, sonradan adi adamlarla hətta ayaqüstü, qeyri-siyasi söhbətlərdən də məlum olurdu ki, çoxunun heç referendumun nə vaxt keçirilməsindən belə xəbəri olmamışdı.
Di gəl, həmişə olduğu kimi, artıq gec idi, necə deyərlər, “qatar getmişdi”. Çox təəssüf, azərbaycanlılar anlamırlar ki, hətta normal, azad və ədalətli seçim olmayanda belə biz seçicilər öz sükutumuzla, etinasızlığımızla “seçim” edirik. Avtroritar hökumətlər isə cəmiyyətin sükutunu da özlərinə dəstək kimi qələmə verirlər...
İndi bütün bunların hamısı geridədir. Vitse-prezidentlik məsələsi artıq konstitusion məzmun alıb. Bu isə o deməkdir ki, hakimiyyət gec-tez məsələni rəsmiləşdirəcək və vitse-prezidentlik institutunu təsis edəcək. Düzdür, onun hətta konstitusion tələblərə də maraqlı və “özəl” münasibəti vardır. Bir də görürsən, hansısa konstitusion tələbi yerinə yetirmək, hansısa konstitusion institutu formalaşdırmaq üçün illər keçir.
...hələ 1995-ci il Konstitusiyasında hərbi doktrina haqqında müddəa vardı və həmin müddəaya görə parlament prezidentin təqdim etdiyi hərbi doktrinanı təsdiq etməli idi. Gəl ki, bu məsələ düz on ildən sonra reallaşdı...
Məsələn, hələ 1995-ci il Konstitusiyasında hərbi doktrina haqqında müddəa vardı və həmin müddəaya görə parlament prezidentin təqdim etdiyi hərbi doktrinanı təsdiq etməli idi. Gəl ki, bu məsələ düz on ildən sonra reallaşdı və nəhayət ki, Azərbaycanın da öz hərbi doktrinası təsdiq olundu.
Güman edirəm ki, vitse-prezidentlik məsələsilə bağlı belə olmayacaq. Çünki söhbət hansısa hərbi doktrinadan yox, hakimiyyətin özəl maraqlarından gedir. Özəl maraqlar məsələsində isə hakimiyyət adətən çox diqqətli olur...
İlin bitməsinə elə də çox vaxt qalmayıb. Ona görə də çətin ki, məsələ Dekabrda reallaşmış olsun. Amma qarşıdan bütöv bir il gəlir və məsələ gələn il həllini tapa bilər...
PROBLEMİN ƏSL ADINI ÇƏKMƏYƏNDƏ...
Vitse-prezidentlik məsələsi başqa bir tərəfdən də aktuallıq kəsb edir. İndi o, ölkədəki iqtisadi böhran konteksində hallandırılır. Sirr deyil ki, insanlar üzücü böhrandan qurtulmağın bir yolunu də yeni hökumətin yaradılmasında, necə deyər, “kabinet islahatları”nda görürlər.
İndiki Azərbaycan hökumətini peşəkar və ya çevik hökumət adlandırmaq çətindir. Bu hökumət dünyanın bəlkə də ən “qoca hökuməti”dir. Təsadüfi deyildir ki, jurnalistlər ona “qocalar klubu” adı veriblər...
İndi hökumətin bir az gəncləşməsinə, cavan və enerjili kadrlarla təmin olunmasına ehtiyac var. İlin əvvəlində deyilmişdi ki, anti-böhran proqramlarının hazırlanmasına, hətta kabinetin bu yönümdəki fəaliyyətinə bəzi müstəqil iqtisadçılar da cəlb olunacaq. Mediada bu xüsusda hətta konkret adlar da hallandırılırdı. Amma olmadı və heç kimi də (təbii, söhbət müstəqil iqtisadçılardan gedir) prosesə cəlb etmədilər. Halbuki belə bir addım böhran şəraitində hökumətə qarşı ən azı ictimai-siyasi etimadı artıra bilərdi...
Yeni düzəlişlərə görə vitse-prezidentlik institutu faktiki olaraq hökuməti əvəz etməlidir. Hərçənd, belə hesab edirəm ki, bu institut elan edilən zaman əsas məqsəd heç də hökumətin işini gücləndirmək və ya kabineti daha çevik etmək deyildi.
Burada bir məsələ də var. Yeni düzəlişlərə görə vitse-prezidentlik institutu faktiki olaraq hökuməti əvəz etməlidir. Hərçənd, belə hesab edirəm ki, bu institut elan edilən zaman əsas məqsəd heç də hökumətin işini gücləndirmək və ya kabineti daha çevik etmək deyildi.
Amma bütün hallarda, bir azca əvvəldə dediyim kimi, məsələ artıq özünün konstitusion və leqal ifadəsini tapıb. Ona görə də kabinetin məhz bu istiqamətdə islahı və yaxud transformasiyası ilə barışmaq lazım gələcək. Baxmayaraq ki, bununla da hökumətin işinin optimallaşacağına heç inanmıram.
Çünki ölkədə artıq iki ildir davam edən böhran sadəcə, “kabinet böhranı” və yaxud bacarıqsız hökumət böhranı deyil, daha dərin sistem böhranıdır. Bu vaxtadək qurulmuş iqtisadi modelin və konkret “idarəçilk fəlsəfəsi”nin nəticəsidir.
Dünyadakı neft böhranı, neftin qiyməti ətrafındakı problemlər bir lakmus kağızı oldu və Azərbaycan iqtisadiyyatının əsl mənzərəsini üzə çıxardı. Baxmayaraq ki, indiyə qədər nə bütövlükdə hakimiyyət, nə də onun hökuməti bunu etiraf edir...
Əvəzində isə müxtəlif qurumlar yaradılır, bir qurumun səlahiyyətləri alınıb o birisinə verilir, yeni nazirliklər yaradılır, digərləri ya birləşdirilir, ya da ki, ləgv edilir. Bütün bu “iqtisadi kombinatorika”nın nə insanların rifahına, nə də böhrana heç bir təsiri olmur...
Təsadüfi deyil ki, belə “inzibati xaos” fonunda vitse-prezidentlik institutunun təsis edilməsilə vəziyyətin qismən də olsa, düzələcəyinə inananlar da var.
Təsadüfi deyil ki, belə “inzibati xaos” fonunda vitse-prezidentlik institutunun təsis edilməsilə vəziyyətin qismən də olsa, düzələcəyinə inananlar da var.
Məsələ bundadır ki, vitse-prezidentlik institutu yaradılarsa, prezident birbaşa hökumətə rəhbərlik edəcək. Elə indi də Konstitusiyaya görə o, hökumətin işinə rəhbərlik edir. Amma vitse-prezidentlər institutu yaradılarsa, artıq hökumət başçısı bilavasitə prezidentin özü olacaq...
Fəqət, bütün bu “struktur islahatları” son nəticədə insanlara nə verəcək? Bax, bununla bağlı elə də böyük ümidlərim yoxdur, çünki illərdir Azərbaycanda problemlərin kökünə getmək istəmirlər.
Belə bir yanaşma – problemin əsl mahiyyətini etiraf etmək, ölkənin iqtisadi və siyasi modelini fundamental bir şəkildə dəyişməyi tələb edir. Onu isə hakimiyyət heç vaxt istəməz...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.