Düşüncələr: Sevgi

İcazə verin hər kəs Allahı bildiyi kimi sevsin. Qorxusuz, hürküsüz. Sadəcə sevsin. Cənnətlə şirnikləndirib, cəhənnəmlə qorxudub, qərarsız etməyin insanları, çünki hər kəs Allahı sevə bildiyi qədər anlayır. Sadəcə bu həyatı bəxş etdiyi üçün sevsinlər.

İcazə verin onu göylərdə axtarmaqdansa, qəlbimizə köçürək (onun əsl evinə). İcazə verin Rəsulunu araşdıraq. Doğrularını görək. Suallarımıza cavab axtaraq (axı o bizə zəka verib).

Icazə verin Allahı qəlbimizə yaxın qoyaq, axı o bizə “şah damarımızdan da yaxındir”. İcazə verin onu göylərdə axtarmaqdansa, qəlbimizə köçürək (onun əsl evinə). İcazə verin Rəsulunu araşdıraq. Doğrularını görək. Suallarımıza cavab axtaraq (axı o bizə zəka verib).

İcazə verin göndərdiyi kitabları - İncili, Tövratı, Quranı seçkilik etmədən oxuyaq, dərk edək, araşdıraq. İcazə verin düşünüb sevək, qorxub tabe olmayaq. Qorxu əsalət və əsarətdir, sevgi deyil. Qorxuyla tabe olan fürsət yaranan kimi nankorluq edər.

İcazə verin sevək, sadəcə onun yaratdiqlarini sevək. Hər nə yaratmışsa düşünüb yaratmış. İcazə verin Namazı “cəhənnəm odunda yanacaqsan” qorxusuyla deyil, bizi yaratdığına təşəkkür etmək üçün qılaq. Orucu o dünyada Cənnəti “behləmək” üçün deyil (həm də ildə bir dəfə), zəka verərək yaratdığı bəndələrinin qeyri-bərabər həyatlarını - aclığını, yoxsulluğunu hiss etmək üçün tutaq. Bunları “cənnət bonusları“ üçün deyil, heç bir təmənna ummadan, sevgimiz və sevdiyimiz üçün edək. Hisslərimizi qarışdıraraq , Bizi Allaha umacaqlı yanaşmağa sövq etməyin.

Heyvanlari sırf bizə möhtac olduqları üçün bəsləyək, onlara mərhəmətli olaq. Dəri gödəkçədə ibadətgahlara gəlib dua etməyək - axı hər birimiz bilirik o dəri geyimlər heyvanlara əzab verilməklə, necə əldə edilir.

Heyvanlari sırf bizə möhtac olduqları üçün bəsləyək, onlara mərhəmətli olaq. Dəri gödəkçədə ibadətgahlara gəlib dua etməyək - axı hər birimiz bilirik o dəri geyimlər heyvanlara əzab verilməklə, necə əldə edilir. Biz özümüz (zəka olaraq) öz səhvlərimiz ucbatından (birimizin digərinə etdiyindən) əziyyət çəkirik. Heyvanlarsa bizdən fərqli olaraq bizim günahımızdan -hərisliyimizdən.

Icazə verin düşünək. Günahlarımızı, Səhvlərimizi anlamağa imkan tapaq. Axı hər səhvdən (və ya günahdan) sonra müəyyən dini ritualla (hər bir dində fərqli olur) bu günahın yuyulacağına ümid edirik və artıq öyrəncəli oluruq. Ən həssas hisslərimizdən istifadə edərək insanları zəiflətməyin. Mənim (hər kəsin) düşünmək haqqım var.

Mənim qəbul etdiyim Allah sadəcə sevgi üçün yaradır. Mənə görə hər biriniz onu “səhv başa düşmüsünuz”...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.