Zamanda səyahət nəzəriyyəsi təsdiqini tapır

Filmlərdə gördüyümüz zamanda səyahət yaxın gələcəkdə reallaşa bilər. Bu iddianı Avstraliyanın Qriffits Universitetindən (Griffith University) bir qrup fizik irəli sürüb.

Zaman maşınının iş prinsipi digər bir nəzəriyyəyə - paralel dünyalar nəzəriyyəsinə əsaslanır. Alimlər kvant nəzəriyyəsinə yeni bir baxış gətirirlər və deyirlər ki, müxtəlif zaman halqalarında yerləşən paralel dünyalar var.

Araşdırmaçılar iddia edirlər ki, bu paralel dünyalar toqquşan zaman əlaqələnirlər. Onlar deyirlər ki, bir dünyada baş verən verən hər hansı hadisə, digərində də əks-səda yarada bilər.

Buna da bax: Virtual reallıq alış-verişi kökündən dəyişdirəcək

Paralel dünyaları kəşf etmək üçün zaman xəttlərinin kəsişdikləri nöqtəsini tapmaq lazımdır. Tədqiqatçılardan Maykl Hal (Michael Hall) bildirir ki, nəzəriyyə bizə bəlli olan fizika qaydalarına zidd olsa da, cari elmə uyğundur və yeni perpektiv açır.

Qrup inanır ki, nəzəriyyə fizika dünyasında hələ də mübahisə doğursa da, planlaşdırma və sınaqlar üçün faydalı olacaq.