Twitter İŞİD-ə bağlı 400 000 profili bağlayıb

Twitter ötən il ərzində İŞİD terror qruplaşması ilə bağlı 400 min profili bağlayıb.

Bu barədə Vaşinqtonda keçirilən İŞİD təbliğatına qarşı 68 ölkənin koalisiya nümayəndələri ilə toplantıdan sonra ABŞ Dövlət Departamenti aşıqlama yayıb.

“Son zamanlar İŞİD əleyhinə məlumatlar İnternet şəbəkəsində daha geniş yer alıb. Onların təşkilata yeni üzv cəlb edilməsinin əsas mənbələri artıq etibarını itirib. Qrupun ərazisi daralır, liderləri öldürülür”, - açıqlamada deyilir.

Buna da bax: Smartfonlar bir həftə “zaryadka” saxlayacaq

Bildirilir ki, koalisiya dünyanın bir çox hökümət və qeyri-hökümət təşkilatları ilə İŞİD təbliğatına qarşı çalışır. Qlobal koordinasiya və özəl sektorla iş birliyi sayəsində qruplaşmanın kiberməkanda fəaliyyəti də pozulur.

Daha öncəki məlumata görə, 2016-cı ilin fevral ayından bu günə kimi Twitter-də terrorizmin propaqandası ilə məşgul olan 235 min hesab ləğv olunub.