Kənd təsərrüfatını qarışqalar ixtira edib

Amerika alimləri iddia edirlər ki, kənd təsərrüfatını ilk dəfə qarışqalar ixtira ediblər. Alimlər bir neçə maraqlı araşdırma apararaq bu nəticəyə gəliblər. Mütəxəssislərin sözlərinə görə, ilk dəfə dənli bitkiləri insan yox, qarışqalar yetişdirməyə başlayıb.

Bir neçə il ərzində qarışqaları öyrənməklə məşğul olan Amerika mütəxəssisləri müəyyən ediblər ki, qarışqaların ən azı bir növü 3 milyon il ərzində əkinlə məşğul olub. Philidris nagasau adlanan bu növ Ficidə yaşayır. Bu, adi görünən, kiçik qara qarışqalardır.

Alimlərin sözlərinə görə, əvvəlcə qarışqalar bu bitkini sadəcə yeyirmişlər. Bir müddətdən sonra isə onlar bitkinin yalnız dənlərini yeməyə çalışıblar. Bu zaman bitkinin özü yerdə qalaraq növbəti mövsümdə yenidən bar verə bilirmiş.

Müasir qarışqaların əcdadları əsasən "Squamellaria" adlanan bitki ilə qidalanıblar. Qədim qarışqalar Squamellaria plantasiyalarının yaxınlığında məskunlaşaraq illərlə bu ərazidə yaşayırdılar. Bu zaman onların nəsilləri bir-birini əvəz edirdi. Alimlərin sözlərinə görə, əvvəlcə qarışqalar bu bitkini sadəcə yeyirmişlər. Bir müddətdən sonra isə onlar bitkinin yalnız dənlərini yeməyə çalışıblar. Bu zaman bitkinin özü yerdə qalaraq növbəti mövsümdə yenidən bar verə bilirmiş. Beləliklə də qarışqalar öz qidalarının qayğısına qalıblar.

Ficidə yaşayan sözügedən qarışqalar hələ də belə edir. Squamellariaya gəlincə, bu, göbələyi xatırladan, müxtəlif ağacların üzərindəki çatlarda bitən bitki növüdür. Qarışqalar həm də bu bitkinin içərisində yaşayırlar.

Alimlər həmçinin müəyyən ediblər ki, qarışqalar özünəməxsus kənd təsərrüfatından başqa, öz evlərini balalarına ötürməyi də insanlardan əvvəl öyrəniblər. Araşdırmalar nəticəsində müəyyən edilib ki, onillər əvvəl düzəldilmiş qarışqa yuvaları eyni koloniyanın yeni nəsillərinin evinə çevrilir. Başqa sözlə, qarışqa yuvaları nəsildən-nəslə keçirmiş.

Yer üzündə 1-10 kvadrilyon qarışqa yaşayır. Beləliklə yer üzündə yaşayan hər insana bir milyona yaxın qarışqa düşür.

Yer üzündə 1-10 kvadrilyon (1015 - 1016) qarışqa yaşayır. Beləliklə yer üzündə yaşayan hər insana bir milyona yaxın qarışqa düşür. Onların ümumi kütləsi isə bütün insanların ümumi kütləsinə bərabərdir.

Qarışqalarla bu bitkilər arasındakı əlaqəni ilk dəfə Münxenin Ludwig Maximilians Universitetindən botanic Gilyame Çomiki (Guillaume Chomicki) görüb. Alim görüb ki, içi qarışqalarla dolu olan onlarla Squamellaria bitkisi eyni ağacda cəmləşib. Eyni koloniadan olan qarışqaların bu bitkilər arasında dayanmadan hərəkət etməsi də alimin diqqətini cəlb edib.

Sözügedən tədqiqatın əsas müəllifi olan alim aşkar edib ki, qarışqalar bitkinin toxumlarını toplayaraq ağacın çatlarına yerləşdirirlər. Bitki böyüdükcə qarışqalar onu öz nəcisləri ilə gübrələyirlər. Bitki bar verəndə isə qarışqalar onun toxumlarını toplayırlar və proses yenidən başlayır.

Buna da bax: Ən etibarsız smartfonların reytinqi

Çomikinin yoxladığı hər bir bitkinin içərisində qarışqalar yaşayırmış. Özü də qarışqalar başqa bitkilərdə yaşamır. Bu isə onu deməyə əsas verir ki, qarışqalarla bitkilər bir-birindən asılıdırlar. Belə görünür ki, qarışqalar həmin bu bitkinin altı növü ilə birlikdə yaşayırlar.

Kaliforniya Elmlər Akademiyasından entomoloq Brayan Fişer (Brian Fisher) deyir ki, bu hal unikaldır. Onun sözlərinə görə artıq toxumları yayan və bitkiləri qidalandıran qarışqa növləri məlum idi, ancaq qarışqaların birlikdə yaşadıqları bitkini əkib becərməsi bu vaxta qədər elmə məlum deyildi. Fişer deyir ki, Birləşmiş Ştatların şimal-şərqində birillik bitkilərin 40 faizə qədərinin toxumlarını qarışqalar yayır. Özü də qarışqaların nəcisi bir çox bitkilər üçün bol qidalı gübrədir.

Fisherin sözlərinə görə, bu qarışqalar kənd təsərrüfatı ilə məşğul olan ilk qarışqalar deyil. Belə ki, məsələn, yarpaqkəsən qarışqalar azı 8 milyon ildir ki, kənd təsərrüfatı ilə məşğuldurlar. Ancaq, bu növ qarışqalar bitki yox, göbələk yetişdirirlər.

Yarpaqkəsən qarışqaların koloniyası həddindən artıq böyüyəndə ana qarışqa yeni koloniyaya köçən zaman özü ilə həmin göbələyin mayasını da götürür. Fisher qeyd edir ki, yeni koloniyanın qarışqaları bundan sonra yarpaqları kəsərək göbələyi qidalandırmaqla onu böyüdürlər. Göbələrsə yeni koloniyanı qida ilə təmin edir.

Bəzi qarışqalarınsa hətta ev heyvanları var. Onlar saxladıqları mənənələri öz buynuzları ilə yüngülcə vuraraq onların ifraz etdiyi yapışqan şirəni toplayırlar.

Onu da qeyd edək ki, qədim insana aid ilk kənd təsərrüfatı fəaliyyətinin izlərinin 12 min il bundan əvvələ aid olduğu qeyd elilir.