Blancco Technology Group şirkətinin mütəxəssisləri proqram təminatı ilə bağlı yaşanan problemlərin ən çox hansı telefonlarda baş verdiyini müəyyən ediblər.
Android cihazları arasında ən problemli telefon LeEco Le2... ...Apple smartfonlarına gəlincə isə ən problemli hesab edilən iPhone 6 smartfonudur
Hesabata görə, (ümumin sayın 13%), Xiaomi Redmi 3S və Xiaomi Redmi Note 3 (9% qısaqapanma) smartfonlarıdır. Reytinqin dördüncü pilləsində Samsung Galaxy S7 (5%), beşinci yerdə isə Lenovo Vibe K5 Note (4%) qərarlaşıb.
Bu reytinqə Android cihazları arasında olan Lenovo Vibe K5 Plus, Motorola Moto G4 və LeEco Le1s-də daxil olub.
Apple smartfonlarına gəlincə isə ən problemli hesab edilən iPhone 6 smartfonudur - proqram təminatında yaranan problemlərə görə, ümumi saydan 13%. Daha sonra iPhone 5s və 6s (9%) gəlir. Digərlərindən daha güvəniləcək iPhone 4s smartfonu hesab edilir (2%).
Ümumilikdə isə mütəxəssislərin fikrincə, Androidlər cihazlarda baş verən problemlərə daha davamlı olurlar. Androidlərdə bu göstərici 47%, iOS-cihazlarda isə 62% təşkil edib.
Buna da bax: Yeni video «iPhone»u "öldürür"
Bəzi məlumatlara görə isə yeni iPhone 7 və 7 Plus smartfonlarının istifadəçiləri “Home” sensor klavişlərindən şikayət edirlər. İstifadəçilərin sözlərinə görə, bəzən elə olur ki, telefon barmaqları belə yandıra biləcək dərəcədə qızır.
Mütəxəssislər Android istifadəçilərin USB problemlərində və telefonun enerjisinin tez-tez tükənməsində məşhur Pokemon Go oyununu günahlandırır.