İqlimşünaslar qlobal istiləşmə prosesinin sürətinin azalmasını araşdırmağa başlayıblar. Daha əvvəllər alimlər bu tendensiyanın səbəbləri üzərində mübahisə edirdilər – bəziləri elə hesab edirdilər ki, dünya okeanı karbon qazını aktiv şəkildə udur, digərləri isə bu səbəbi atmosferdə olan antropogen (insanların fəaliyyəti nəticəsində yaranan) aerozollarda görürdülər.
Lourens Berkli Milli Laboratoriyasının tədqiqatşısı Trevor Kinen həmkarları ilə birgə bu problemdə bitkilərin rolu fərziyyəsini yoxlamaq qərarına gəliblər. Onlar 1960-cı ildən bəri atmosferdə olan karbon qazının həcminin dəqişməsi ilə bitkilərin verdiyi biokütlənin həcmini müqayisə ediblər. Kompüter modelləşdirməsi vasitəsilə alimlər öyrəniblər ki, bitkilər əvəələ nisbətən 60 milyard ton daha artıq karbon qazını udub, baxmayaraq ki, meşələrin kütləvi qırılması onların həcmini xeyli azaldıb. Məhz bu səbəbdən qlobal istiləşmənin sürəti də azalıb. Atmosferdə karbon dioksidin artması fotosintez prosesinin daha aktiv olmasına səbəb olub.
Buna baxmayraq, Kinen qeyd edir ki, bu proseslər iqlimin dəyişməsini dayandırmaq üçün yetərli deyil. Alimlər bitkilərin karbon dioksidi üstələməsini sübut etsələr də, CO2-ni daha sürətli şəkildə udan hansı bitkilərin olduğunu, bu prosesin necə inkişaf edəcəyini və gələcəkdə iqlimə necə təsir edəcəyi hələ də bilmirlər.