Pensilvaniya universitetinin alimləri 6 il ərzində 80 min nəfər çinlinin arasında apardıqları tədqiqat nəticəsində belə nəticəyə gəliblər ki, gündə bir bokal pivə insult, yaxud ürək-damar xəstəlikləri riskini azaldır.
Tədqiqatçılar aşkar ediblər ki, gündə az miqdarda spirtli içki qəbul etməklə yaş keçdikcə faydalı xolesterinin (HDL) azalmasının qarşısını almağa, beləliklə də damarları tromblardan qorumağa nail olmaq olar.
Təcrübə iştirakçıları təkcə pivə yox, başqa içkilər də istifadə ediblər. Ancaq, ən çox nəticə verən içki pivə olub. Alimlər deyirlər ki, həftə ərzində ən çoxu 3,5 litr pivə içmək olar. Eyni zamanda, həddindən artıq pivə içmək əks effekt verə bilər.
Buna da bax: Marixuana intellekti zəiflədirmış
Tədqiqatda iştirak edən adamlar arasında çaxır içənlərin sayı kifayət qədər olmadığından, çaxır qəbulunun HDL-ə təsirini araşdırmaq mümkün olmayıb. Həmçinin, bu effektin digər qruplarda, məsələn, ABŞ əhalisində də müşahidə edilib-edilməyəcəyini yoxlamaq üçün əlavə tədqiqatlar aparılmalıdır.
Amerika Ürək Assosiasiyası spirtli içkilərdən az miqdarda istifadəni tövsiyyə edir. Ancaq həm də xəbərdar edir ki, spirtli içki içməyənlər bunu etməyə başlamasınlar.
Britaniya hökuməti isə həm qadınlara, həm də kişilərə həftədə altı bokaldan artıq pivə qəbul etməməyi tövsiyyə edir.