İctimai fikrin manipulyasiyasının riyazi üsulu

Sosioloq və riyaziyyatçılardan ibarət beynəlxalq bir qrup riyaziyyat vasitəsilə ictimai fikrin necə dəyişdiyini müəyyən ediblər. Bu fenomen “Overton effekti” adlanır – bu zaman insanlar güclü dəlilləri olan faktlara belə əhəmiyyət vermirlər.

90-cı illərdə amerikalı jurnalist insanların özləri üçün qəbul etdikləri reallıqların dəyişməsi prosesini təsvir etmişdi. Hazırda bu prosesi “Overton pəncərəsi” adlandırırlar.

“İnsan şüurunda bu və ya digər inancların daima dönüşmələr yaranır ki, bu da nəticə etibarı ilə onların arasında yaranan ziddiyyətləri aradan qaldırmağa kömək edir. Biz bu proses zamanı inanclar arasında məntiqi əlaqəni nəzərə alan ilk tədqiqatçılarıq. Biz bu əlaqələrin ictimai fikri necə dəyişdiyini göstərməyə nail olmuşuq. Ən əsası da odur ki, təklif edilən modelləri riyazi üsulla öyrənə bilmişik”, deyə Sankt-Peterburqda yerləşən İnformasiya, Mexanika və Optika Texnologiyaları universitetinin elmi işçisi Anton Proskurnikov bildirib.

90-cı illərdə amerikalı jurnalist insanların özləri üçün qəbul etdikləri reallıqların dəyişməsi prosesini təsvir etmişdi. Hazırda bu prosesi “Overton pəncərəsi” adlandırırlar.

“Overton pəncərəsi” və ya “mühakimə pəncərəsi” adalanan bu fenomen ictimaiyyət tərəfindən qəbul edilə biləcək ideyalar, fikirlər silsiləsidir. Bu fenomen, ictimai əxlaq baxımından cəmiyyətdə oturuşmuş fikir çərçivəsində məqbul edilən konspetdən ibarətdir. Hazırda demək olar ki, bu konsept bütün dünyada geniş istifadə edilir.

Buna da bax: Planetin qaranlığa qərq olacağı xəbəri doğru deyil

Proskurnikov, İtaliya, Rusiya və ABŞ-dan olan həmkarları ilə birgə bu prosesin modelini yaradıb. Bunun üçün, ABŞ dövlət katibi Kol Pauel İraqda nüvə silahının olduğunu iddia etdikdən əvvəl və sonra ölkədə ictimai rəyin dəyişməsi dinamikası müşahidə edilib.

Qeyd edilən model başqalarına təsir edə biləcək qabiliyyəti olan bir neçə yüz şəxsdən ibarət olub. Alimlər oturuşmuş “cəmiyyət” modelinə yeni ideya dalğasını buraxıb və onun necə yayıldığını müşahidə ediblər.

Alimlərin fikrincə, 2003-cü ildə ABŞ əhalisi belə düşünürmüş: Səddam Hüseynin İraqda kütləvi qırğın silah ehtiyatları var, bu isə ABŞ üçün çox təhlükəlidir; ona görə ABŞ-ın İraqa müdaxiləsi onun təhlükəsizlik uğrunda mübarizəsidir.

İraqda kimyəvi silah aşkar edilmədikdə isə bir çox amerikanlar ilk fikirlərində “təəssüfləniblər”, bu da nəticə etibarilə ABŞ əhalisi arasında fikir ayrılığına və onlarda müharibəyə qarşı açıq antipatiyaya gətirib çıxardı.

Məqalə müəlliflərinin fikrincə, bu model ictimai fikir manipulyasilayalarına qarşı mübarizədə də işə yaraya bilər.