Teleportasiyada dönüş: fotonları 6 kilometr məsafəyə ötürmək olub

Milli standartlar və texnologiyalar institutu və Kalqari Universitetinin birgə səyləri ilə aparılmış teleportasiya (obyektin ani yerdəyişməsi) təcrübəsi bu sahədə əsl dönüş nöqtəsi olub.

"Nature Photonics" jurnalı yazır ki, NASA alimlərinin Kanadanın Kalqari şəhəri yaxınlığında çəkdiyi "qara" naqillər vasitəsilə fotonların (elementar zərrəciklərin) yerini bir nöqtədən digər nöqtəyə dəyişmək mümkün olub. Nöqtələr arasındakı məsafə 6 kilometr olub.

Buna da bax: Almaniya hökuməti "Tesla" avtopilotuna tam etibar etməməyə çağırıb

Fotonların bir yerdən başqa yerə keçirilməsi ilə bağlı təcrübələr əvvəl də aparılıb. Ancaq bu, laboratoriya şəraitində baş verib. Kalqari təcrübəsi isə real həyatda, mövcud infrastrukturdan istifadə edilərək aparılıb.

Alimlər güman edirlər ki, sonrakı tədqiqatlar kvant şəbəkəsinin - internetinin yaradılmasına kömək edəcək. Tədqiqat qrupundan Françesko Marsilinin sözlərinə görə, teleportasiya insanların həyatını xeyli asanlaşdıracaq. Məsələn, gizli məlumatı hissə-hissə ötürməklə təhlükəsizliyi təmin etmək mümkün olacaq.

Sözügedən eksperiment bəşəriyyəti teleportasiya arzusuna bir addım daha yaxınlaşdırıb.