Çin hakimiyyəti Facebook sosial şəbəkəsindən ölkə daxilində istifadə etmək icazəsini verməyə razıdır. Bunu o, yalnız şəbəkə administrasiyasının ölkənin qanunvercilik qaydalarına riayət etməsi şərti ilə edəcək. Bu haqda Çin Kiberməkan Administrasyasının rəhbər müavini Jen Syanlyan mətbuat konfransında bildirib.
“İnternet inkişafı sahəsi Çinin siyasətində açıq mövzu olaraq qalmaqdadır”, – deyə, “Jenmin Jibao” internet qəzeti Syanlyandan sitat gətirir. Bunu o, gələcəkdə Facebook və Google axtariş xidmətinin bərpası ilə bağlı verilən suala şərhində bildirib.
Buna da bax: Obama da Marsdan danışdı
Amerika sosial şəbəkəsi Çinin internet məkanına daxil olmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Dünyanın əhali sayı baxımından ən böyük ölkəsi olan Çində internet istifadəçilərinin sayı 1 milyard 375 milyona yaxındır – 2016-cı ilin birinci yarımilliyində bu rəqəm 1 milyard 710 milyona çatıb.
Çin hakimiyyəti KİV və interneti öz nəzarəti altında saxlayır. Hal-hazırda kontinental Çində Google, Twitter və Facebook xidmətlərinə, eləcə də The New York Times, The Wall Street Journal və Bloomberg də daxil olmaqla bir çox dünya media orqanlarının saytlarına giriş bağlıdır. Hongkonq Çin Milli Respublikasının admninistrativ rayonu olduğuna görə, bu məhdudiyyətlər orada aktiv deyil.