WhatsApp yoxsa Telegram?

Pavel Durov və Edvard Snouden

Edvard Snoudenlə Pavel Durov razılaşa bilmir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq təhlilçisi, PRSIM qlobal izləmə proqramının sirlərini açıqlayan Edvard Snouden internet istifadəçiləri arasında məşhurluq qazanan Telegram mesencer proqramının təhülkəsizliyindən şübhələndiyini bildirib. Buna cavab olaraq, Telegram-ın yaradıcısı Pavel Durov WhatsApp-ın təhlükəsizliyi haqqında qarşılıqlı sual verib.

Təhlükəsizliyi təmin etmək üçün istifadəçi ayarları necə dəyişməyi bacarmalıdır ki, bu da müəyyən texniki biliklər tələb edir.

Snouden Telegram servisinin standart ayarlarına görə, adıçəkilən messencerdə WhatsApp-dan fərqli olaraq, məxfiliyin daha zəif qorunduğunu bildirib. Snoudenə görə, məhz ayarlar Telegram-ı “qeyri-ekspert”lər üçün təhlükəli edir. Təhlükəsizliyi qismən da olsa təmin etmək üçün istifadəçi ayarları necə dəyişməyi bacarmalıdır ki, bu da müəyyən texniki biliklər tələb edir.

Durov isə Snoudenin bu tvitini diqqətdənkənar saxlamayaraq, qarşılıqlı bir sual verib: “Sən nəzərə almısan ki, WhatsApp istifadəçilərinin çox hissəsi yazışmalarının tarixçəsini Google Drive və ya iCloud-da kodlaşdırılmamış şəkildə saxlayır?” Durov bununla bütün yazışmaların faktiki olaraq ABŞ ərazisində saxlanılmasını təhlükəsizlik problemi kimi önə çəkib.

Telegram-ın yaradıcısı həmçinin WhatsApp ayarlarının qeyri-şəffaf olduğunu da vurğulayıb.

Mübahisə isə Durovun “Twitter belə bir söhətlər üçün uyğun yer deyil” şərhi ilə bitib.