Hardadı orta müxalifət?

►Adam tamam çaşıb qalır. Düşünürsən, əcəba, görəsən, ölkədə hakimiyyətdə hansı partiyadır?

ƏCƏBA, HAKİMİYYƏTDƏ HANSI PARTİYADIR?

Bir siyasi cərəyan və ciddi bir siyasi tendensiya kimi mərkəzçiliyə həmişə ehtiyac duyulur. Xüsusən də ölkədə siyasi münasibətlər gərgin hala çatanda, siyasi qüvvələr tamam qarşılıqlı inkarçılıq ovqatına köklənəndə bunsuz keçinmək olmur...

Azərbaycanın siyasi keçmişində mərkəzçiliyə həmişə çağırışlar olub. Güman ki, diqqətli və təcrübəli oxucu mərhum Aydın Məmmədovun sözlərini, fikirlərini hələ də xatırlayır. Aydın Məmmədov özünə, yarızarafat - yarıciddi, orta müxalifət deyirdi...

Amma nə o vaxt, nə də ki sonrakı dövrlərdə mərkəzçilik Azərbaycanda bünövrə tuta bilmədi. İndi də Azərbaycandakı siyasi qüvvələri şərti olaraq üç qrupa bölmək olar. Bu bölgüyə hakimiyyət, hakimiyyətyönümlü partiyalar və bir də müxalifət aiddir...

Düşünmək olardı ki, hakimiyyətyönümlü siyasi qüvvələr bu spektrdə məhz bizim dediyimiz siyasi mərkəzçiliyi ifadə edəcəklər.

Amma belə olmadı. Həmin siyasi qüvvələr hakimiyyətin bütün sferalarda yürütdüyü siyasəti elə şövqlə müdafiə edirlər ki, adam tamam çaşıb qalır. Düşünürsən, əcəba, görəsən, ölkədə hakimiyyətdə hansı partiyadır? Rəsmən hakim partiya, yoxsa bu hakimiyyətyönümlü siyasi qüvvələr?..

Buna da bax: Ermənistan: Martirosyan oğurluq ittihamı ilə axtarışa verilib

TƏK MÜXALİFƏTLƏ İŞ BİTMİR...

Elə bu səbəbdən də “Bu gün Azərbaycanda mərkəzçi siyasi qüvvə yoxdur!” demək reallığı heç də təhrif etməzdi...

Deməli, mərkəzçiliyin zəruriliyini hakimiyyətin özü də qəbul etməlidir. Amma bu vaxta qədərki siyasəti bir tərəfə qoysaq belə, hətta bu gün baş verən proseslər göstərir ki, hakimiyyət bu mövqedən çox uzaqdır...

Əsas müxalifət partiyaları müəyyən vaxtlarda milli barışığa addım kimi bəzi məsələlərdə mərkəzçi bəyanatlar verməyə çalışıb. Amma bu bəyanatlar cavabsız qalıb və hakimiyyət tərəfindən diqqətə alınmayıb...

Deməli, mərkəzçiliyin zəruriliyini hakimiyyətin özü də qəbul etməlidir. Amma bu vaxta qədərki siyasəti bir tərəfə qoysaq belə, hətta bu gün baş verən proseslər göstərir ki, hakimiyyət bu mövqedən çox uzaqdır...

Avropa Parlamentinin qəbul etdiyi qətnamənin “müzakirələri” göstərir ki, hakim partiya öz səhvlərini görmək istəmir. Parlamentdəki “müzakirələr”dən belə bəlli oldu ki, Avropa sadəcə, Azərbaycana paxıllıq edir, elə bu səbəbdən də belə qətnamələr qəbul edir...

Təbii ki, azərbaycanlılar hər şeyin təbliğat üzərində qurulduğu quruluşdan –sovet sistemindən çıxıblar. O vaxt da hər şey təbliğat idi. Amma təbliğatda az da olsa, məntiq və elmilik vardı. Rəsmi Bakı isə özünü əziyyətə salmır, sadəcə, deyirlər ki, Avropanın Azərbaycanı gözü götürmür, buna görə də ölkə ilə bağlı sərt mövqe tuturlar.

Bu, nə qədər inandırıcıdır, insanlar bunu necə qarşılayacaq – bunlar artıq heç kimi narahat etmir, çünki Azərbaycanda televiziya ilə istənilən fikri səsləndirib rahatca otura bilərsən, çünki əks – fikir səslənməyəcək, ona sadəcə, imkan verilməyəcək...

Bu təkcə təbliğata deyil, bütün sferalara aiddir. Təəssüf ki, ölkədəki vəziyyətə elmi aspektdən yanaşmırlar. Avropadakı böhrandan danışmağı sevirlər, amma Azərbaycanı görmürlər – halbuki ölkə özü də ciddi böhran ərəfəsindədir...

Buna da bax: Deputat həccə gedir- [karikatura]

İSLAHATLARIN ÜÇ İSTİQAMƏTİ...

Hər şeydən əvvəl ölkə iqtisadiyyatı qeyri-neft erasına qədəm qoymalıdır. Büdcə gəlirlərinin 70-80 faizi neftin hesabına formalaşan ölkədə bunu etmək asandırmı?

Yox, demirik ki, hakimiyyət siyasi sistemin effektivliyi haqqında düşünmür. Düşünürlər, amma avtoritar idarəçilik nə qədər effektiv ola bilərsə, bu, edilib. Bundan sonra demokratik idarəçiliyə keçid labüddür.

Təsəvvür edin, qeyri-neft sektorunun həcmi bir neçə dəfə artmalı, qeyri-neft erasının öz büdcəsi formalaşmalı və büdcənin neftin qiymətindən asılılığına son qoyulmalıdır...

Siyasətdə avtoritar üsulllar özünü tamam tükəndirib.

Yox, demirik ki, hakimiyyət siyasi sistemin effektivliyi haqqında düşünmür. Düşünürlər, amma avtoritar idarəçilik nə qədər effektiv ola bilərsə, bu, edilib.

Bundan sonra demokratik idarəçiliyə keçid labüddür. “Mərkəzdən başlamaq” deyəndə də elə bunu nəzərdə tuturduq. Siyasi hakimiyyətlərə elə gəlir ki, opponentlərini təzyiq və ittiham altında saxlasalar hər şey qaydasında olacaq. Amma təəssüf ki, hələ heç kimə sərt bəyanatlardan və ittihamlardan kökə bişirmək müəssər olmayıb...

Elə baxanda mənəvi sferada da əski sovet dəyərləri aradan çıxsa da, onları hələ də əsl demokratik dəyərlər - fərdiyyətçilik, insan və vətəndaş haqlarına sayğı, mülkiyyət toxunulmazlığı, azad işgüzarlıq və s. əvəz edə bilməyib...

Deməli, keçid labüddür. Əgər keçid labüddürsə, onda böhran da qaçılmazdır və böhranın diqtə etdiyi sosial davranış tərzi də labüddür – böhran o vaxt tez çəkilir ki, ölkədə sosial –siyasi islahatlarla bağlı milli konsensus yaranır...

İndiki siyasi münasibətlər bütün bu proseslərə qətiyyən adekvat deyil. Ona görə də həm hakimiyyətdən, həm də müxalifətdən bir azacıq addım atmaq və mərkəzə yaxın olmaq tələb olunur. Təcrübə göstərir ki, siyasi hakimiyyət orta dəyərlərə, orta sinfə söykənəndə daha güclü olur. Bunu başqa ölkələrin tarixi də sübut edir, elmi politologiya da, eləcə də siyasi məntiq də...