Azərbaycanda internet rabitəsi xidmətlərindən istifadə qaydaları ləğv edilib

-

Azərbaycanda “İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları” Rabitə və İnformasiya Nazirliyinin qərarı ilə ləğv edilib.

Məsələyə aydınlıq gətirən rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov APA-ya açıqlamasında deyib ki, 24 fevral 2000-ci ildə qəbul edilmiş “İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları” günün tələblərinə cavab vermədiyi üçün ləğv olunub. M. Əmirov bildirib ki, hazırda Azərbaycanda internet tam azaddır, bu sahədə nəzarətə ehtiyac duyulmur.