«ANA!» desən, yetər!

Üçəm ekiz dünyaya gətirmiş gənc ana Tükəzban Səmədli, 2012

-

“ANA!”-- desən, yetər!

(Dünyadan köçən və yaşayan bütün ANAların xatirəsinə)

Tanrı ana bətnindəki körpəyə can verəndə onunla söhbətləşir.

Tanrı deyir:

-Mən sənə can verdim, bir az keçsin, səni başqa bir dünyaya uğurlayacağam.

Körpə soruşur:

-O dünyada nələr var?

- Orda Günəş var, Ay var, meşələr, dağlar var, yaxşı və yaman insanlar var...

- Bəs mən o dünyada yaman insanlardan necə qorunacağam?

- Qəm yemə... Sənə qoruyucu mələk göndərəcəyəm. O, səni bütün bəla, pislik və çətinliklərdən qoruyacaq.

- Kimdir o? Onu necə tanıyacağam?

- Boş ver... Ona “Ana!” – desən, yetər!

8 mart 2015-ci il.