-
İranlı hakerlərin Türkiyə daxil olmaqla, 16 ölkəyə kiber hücum etdiyi ortaya çıxıb.
Bu barədə «Reuters» agentliyi xəbər verib.
California-nın təhlükəsizlik şirkəti «Cylance» tərəfindən iki ildir aparılan virtual araşdırmaya görə, İran 16 ölkədə çox vacib enerji, çatdırılma və sağlamlıq xidmətlərinin də olduğu 50 nöqtəyə kiber hücum edib.
Ölkələrin arasında, Kanada, İsrail, Hindistan, Qatar, Kuveyt, Meksika, Pakistan, Səudiyyə Ərəbistanı, Fransa, İngiltərə, Çin və başqaları var.
Hakerlərin özəlliklə, kompüter sistemlərini kilidləyə biləcək hücum etdiyi bildirilir.
«New York Times»da dərc olunun bir xəbərə görə, başqa bir təhlükəsizlik şirkəti «Crowdstrike» da son 9 ayda apardığı araşdırmada İranlı hakerlərin kiber hücumlar etdiyini təsbit edib.
«Cylance»ın açıqlamasına görə, hakerlər ABŞ Dəniz Qüvvələrinin San Diego-dakı kompüter şəbəkəsinə daxil olaraq ölkə daxilində dənizçilər və mülki şəxslər arasında əlaqəyə müdaxilə ediblər.
Bununla yanaşı, hakerlərin böyük hava yolları şirkətləri, tibb fakültələri, enerji şirkətləri, və hərbi birliklərlə çalışan şirkətlərin də məlumat bazalarına girdiyi ortaya çıxıb.