-
Sizin brauzer HTML5-i dəstəkləmir
SEÇKİ DEYİL, ƏSL EKZOTİKADIR...
Özbəkistanın adını eşidəndə kimsə deyə bilər ki, yazırsınızsa özümüzdən yazın, bu yaxınlarda Azərbaycanda da seçkilər olmalıdır. Nə demək olar? Öz seçkilərimiz haqqında yazmışıq. Həm də Özbəkistanla bağlı deyilənləri böyük uğurla Azərbaycana da aid etmək olar. Üstəlik, yazı Özbəkistan haqqında da deyil, oradan bir ştirix götürmüşük. O da giriş üçün...
Özbəkistan nə ilə diqqətimizi çəkdi? Bir xəbərdən bildik ki, ATƏT-in seçki missiyası bu ölkədəki parlament və yerli seçkiləri izləmək üçün ora gələcək və təbii ki, seçkilərin gedişini müzakirə etməyə çalışacaq...
Bunu oxuyan kimi bir detal yadımıza düşdü.
2000-ci il idi. Varşavadakı Helsinki cəmiyyətinin dəvətilə Polşaya getmişdik. İlk görüş toplantısında dedilər ki, bir-iki kəlmə ilə hamı öz ölkəsindəki vəziyyəti xarakterizə etməyə çalışsın...
Özbəkistandan gəlmiş həmkıramız oradakı seçkilərlə bağlı bir-iki rəsmi cümlə dedi. Əvvəlcə, fikirləşdik ki, özbək dostumuz bizi ələ salır. O, özü də bizim pərtliyimizi sezdi və dedi ki, cənablar, çaşmayın, bu cümlələr ATƏT-in seçki missiyasının Özbəkistandakı seçkilərə verdiyi siyasi qiymətdən götürülüb.
O vaxt başa düşdük ki, hər dəfə seçkidən sonra “irəliyə doğru daha bir addım” ifadəsini eşidəndə dilxor olmağa dəyməz...
BU DƏFƏ AVROPANI QINAMAYACAĞIQ...
Yox, burada Avropanın demokratik strukturlarının ardınca deyinmək fikrimiz yoxdur. Ən azı ona görə ki, buna mənəvi haqqımız çatmır. Bunu bizsiz də edirlər, özü də rəsmi səiyyədə. Avropanın ünvanına elə ittihamlar deyirlər ki, adam hirsindən dönüb lap avropaçı, qatı avropapərəst olmaq istəyir.
...adam inana bilmir ki, ABŞ və yaxud da Qərbi Avropa ölkələri hansısa kiçik avtoritar ölkə ilə bacarmasın. Amma dərindən fikirləşəndə görürsən ki, bu da siyasi yanaşma deyil. Avropa nə etsin? Dəyənək götürüb azərbaycanlı məmurları döysün?
Həm də bu yaxınlarda Avropa strukturları azərbaycanlı siyasi məhbuslara çox böyük dəstək verdilər.
Təxminən eyni vaxtda bir neçə Avropa təmsilçisi Azərbaycandakı siyasi vəziyyətlə bağlı çox dürüst və obyektiv fikirlər söylədilər və bununla da yerli hakimiyyətin qəzəbinə tuş gəldilər...
Bəs, problem nədədir? Məsələ bundadır ki, insanlar Avropanı aciz görməyə alışmayıb. Hamının nəzərində ABŞ da, Qərbi Avropa da soyuq müharibənin qalibləri olub. Hamı bu ölkələri həmişə qalib və hər şeyə qadir güc timsalında görüb...
Ona görə də adam inana bilmir ki, ABŞ və yaxud da Qərbi Avropa ölkələri hansısa kiçik avtoritar ölkə ilə bacarmasın. Amma dərindən fikirləşəndə görürsən ki, bu da siyasi yanaşma deyil. Avropa nə etsin? Dəyənək götürüb azərbaycanlı məmurları döysün?
AZƏRBAYCAN NECƏ SƏDR OLDU?
Təqiblərin və təzyiqlərin pik vaxtından biri Azərbaycanın Nazirlər Komitəsinə sədrlik etdiyi 6 aylıq müddətə təsadüf etdi. Amma bu da adi prosedur qaydaları ilə baş verən bir hadisə idi. Digər ölkələr sədrlik etdiyi kimi Azərbaycan da sədrlik etdi...
Amma adi insanlar nə düşünür? Düşünürlər ki, niyə Azərbaycana sədrlik etməyə imkan verdilər? Amma bu, mümkün idimi? Avropanın sərəncamındakı ən təsirli təzyiq üsulu hansısa hakimiyyətin məmurlarına qarşı sanksiyalar tətbiq etmək, onların yerdəyişmə hüququnu məhdudlaşdırmaq, bank hesablarını dondurmaq və buna bənzər işləri görməkdir...
Amma buna qədər digər işlər də olmalıdır. Münasibətlər gəlib hələ o həddə çatmayıb. Onların gəlib həmin səviyyəyə çatması lazımdırmı? Belə bir şeyi unutmaq olmaz ki, Azərbaycan hakimiyyəti məmnuniyyətlə Avropa Şurası ilə vidalaşrdı...
HAKİMİYYƏTƏ ƏN ÇOX NƏ LAZIMDIR?
Onsuz da dünyadan onlara heç nə lazım deyil, istədikləri öz neft və qazlarını rahat satmaqdır...
İndiyə qədər neft bu hakimiyyətə özünün bir üzünü göstərib. Amma neftin o biri üzü də var, qara üzü. Onu isə görməyi heç kimə rəva bilməzdik...
Nə yaxşı ki, indi dünya bazarında neftin qiyməti düşür. Yoxsa son vaxtlar bu hakimiyyəti tanımaq belə olmurdu, bunlar heç bir ölçü-filan bilmir və az qala dünyanı öyrətmək iddiasına düşmüşdülər...
Ümid etmək olar ki, neftin qiymətinin düşməsi onlara “soyuq duş” kimi təsir edəcək...
Özlərini elə göstərirlər ki, guya dünya neft bazarındakı konyunkturanın onlara dəxli yoxdur. Amma Azərbaycanın valyuta ehtiyatları neçə il büdcəni doldurmaq iqtidarındadır? Lap tutaq ki, 2 il olsun. Bundan o tərəfə keçməz...
O səbəbdən ki, neftdən gələn gəlirləri də ağına-bozuna baxmadan xərcləyiblər. Ehtiyatda elə bir şey yoxdur. Hakimiyətin beynəlxalq və regional təşkilatlardan azca asılı olması müəyyən mənada cəmiyyətin xeyrinədir...
Nə qədər ki, beynəlxalq maliyyə institutlarından asılılıq vardı və hökumət müəyyən mənada kredit ödəyicisi idi, müəyyən qədər islahatlar aparılırdı. Elə beynəlxalq demokratik institutlarının iradlarına da o vaxt azacıq da olsa diqqət vardı...
İndi bunların heç biri yoxdur. Fəqət, bir amil var. İndiyə qədər neft bu hakimiyyətə özünün bir üzünü göstərib. Amma neftin o biri üzü də var, qara üzü. Onu isə görməyi heç kimə rəva bilməzdik...
Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.