Növbəti soyuq müharibənin təzyiqini təkcə Rusiya hiss etməyəcək...

Arxiv fotosu: Moskvada Vnukovo hava limanında Rusiya və ABŞ bayraqları. 18 mart 2010

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Növbəti soyuq müharibənin təzyiqini təkcə Rusiya hiss etməyəcək...

ƏLAMƏTLƏR OXŞAYIR, AMMA...

Əslində soyuq müharibənin bütün əlamətləri var. Neftin və qızılın qiyməti düşür, aparıcı dövlətlər Rusiyaya qarşı sanksiyaları biri-birinin ardınca qəbul edirlər...

Amma bir tərəddüd də var. O da onunla bağlıdır ki, son illərdə Rusiya ilə isti münasibətləri olan siyasətçilər və hətta ölkələr meydana çıxıb. Amma bu ölkələr Rusiyanın dostu olsalar da, ABŞ-ı və Avropanı itirmək istəmirlər...

Bizə artıq bir dəfə soyuq müharibəni, daha doğrusu, onun finalını yaşamaq nəsib olub. Leonid Brejnev vəfat edəndə, hətta onun ömrünün son illərində aydın idi ki, ölkə daha belə davam edə bilməz, mütləq hansısa dəyişikliklər olmalıdır.

Yuriy Andropov-un hakimiyyətə gəlişilə bu gümanlar bir az da artdı. Amma hiss olunurdu ki, Andropov da nə etmək lazım gəldiyini bilmir - gah Koreyaya məxsus sərnişin təyyarəsi vurulur, gah “miniaraqlar”ın istehsalı artır, gah da gündüzlər işləməyənləri aşkar etmək üçün “oblava”lar keçirilirdi...

Elə bu səbəbdən qoca və xəstə Y.Andropov-un dünya siyasətinə töhfəsi onun Mikhail Qorbachov-a dəstək verməsi oldu. Amma ölkə M.Gorbachov-dan əvvəl hələ bir müddət Konstantin Chernenko dövrünü yaşadı...

Sonra da M.Qorbachov gəldi. Və bundan sonrası isə artıq hamıya yaxşı bəllidir.

ÖLKƏ PUTİN-Ə DƏSTƏK VERİR, PUTİN İSƏ İMPERİALİZMƏ....

Bu kiçik tarixi ekskurs nəyə lazım idi? Rusiyada indi tamamilə başqa vəziyyətdir - qoca və xəstə siyasətçilər siyasətdən çəkilib gediblər... İnsanların bir qismi dəyişikliklərin zərurətini anlaylırlar. Amma böyük əksəriyyət isə Vladimir Putin-ə dəstək verir.

Təbii ki, bu pressinqi təkcə Rusiya hiss etməyəcək. Bütün neft və qızıl istehsal edən ölkələr də bu və digər dərəcədə həmin pressinqi hiss edəcəklər.

Düzdür, adam inana da bilmir ki, Rusiyada düzgün sorğu keçirilsin... Amma başqa sorğular da yoxdur və məcburuq ki, mövcud vəziyyətlə, daha doğrusu, mövcud sorğulara inanmaqla kifayətlənək...

Təbii ki, Rusiya tam mənada SSRİ deyil. İlk baxışda onun dünyaya çağırış hesab ediləcək qlobal ideyası da yoxdur.

Ölkədə əvvəlki planlı dövlət iqtisadiyyatından fərqli olaraq bazar iqtisadiyyatı bərqərar olub...

RUSİYA SOVET MƏKANINA ÜZ TUTUR...

Bunlar, necə deyərlər, hamısı məlum. Amma dünya ölkələri Rusiyanın keçmiş sovet məkanına getdikcə artan müdaxiləsindən narahatdır. Ukraynada baş verən proseslər bir növ Qərb ölkələrinin səbrini daşdırdı...

İndi dünya tamam başqa durumdadır, Rusiya bunu nəzərə almadı. Daha öz ərazisinə əlavə torpaqlar birləşdirilməsi təcrübəsi təqdir olunmur. Rusiya isə Krımı özünə birləşdirdi və indi hamı narahatdır ki, Qara dəniz tamamilə Rusiyanın nəzarətinə keçə bilər...

Ona görə də getdikcə daha çox siyasətçi soyuq müharibədən danışmağa başlayıb. Düşünürlər ki, bu böyük nüvə dövləti olan Rusiyaya qarşı ən yaxşı və ən effektiv üsuldur...

Təbii ki, bu pressinqi təkcə Rusiya hiss etməyəcək. Bütün neft və qızıl istehsal edən ölkələr də bu və digər dərəcədə həmin pressinqi hiss edəcəklər.

Amma növbəti soyuq müharibə bir cəhəti ilə fərqlənir. İndi onun bir ünvanı var və bu da Rusiyadır.

GENİŞ ÜNVANLI SİYASİ TƏZYİQ MÜMKÜNDÜRMÜ?

Əvvəlki soyuq müharibənin ünvanı isə kommunist bloku idi. Həmin soyuq müharibənin siyasi məzmunu və siyasi ideologiyası vardı.

İndi hamı Çinə Rusiyanın neftini və qazını xilas edəcək bir ölkə kimi baxır. Amma Çin heç vaxt ABŞ-la münasibətlərini korlamaz, çünki onun əsas ticari tərəfdaşlarından biri ABŞ-dır...

İndisə bu, az hiss olunur. Bəlkə də bu təzyiqləri bütün aqressorlara qarşı yönəltmək olardı. Və yaxud da ki, anti-demokratik ölkələrin hamısını təcrid etməyə cəhd etmək olardı...

Amma indi belə bir proqram yoxdur və yeni soyuq müharibə özünün geosiyasi çalarları ilə daha çox diqqət çəkir. Bir tərəfdə Rusiya, o biri tərəfdə isə hətta ərəb monarxiyaları...

Amma narahat olmağa da dəyməz. Birinci soyuq müharibədə də belə nüanslar vardı. O vaxt da, məsələn, ərəb monarxiyaları Qərbin neft siyasətində olduqca mühüm rol oynadılar...

Həm də bir məsələ açıq qalır. Bu soyuq savaş təkcə Qərbin açdığı savaş olacaq, yoxsa digər böyük dövlətlər də ona qoşulacaq? Hələlik bu xüsusda bir söz demək çətindir...

RUSİYANI KİM XİLAS EDƏCƏK?

Rusiya Çinin timsalında özünün iqtisadi və siyasi xilaskarını görür. İndi hamı Çinə Rusiyanın neftini və qazını xilas edəcək bir ölkə kimi baxır. Amma Çin heç bir vaxt ABŞ-la münasibətlərini korlamağa getməz, çünki onun əsas ticari tərəfdaşlarından biri ABŞ-dır...

Həm də çox şey dünya neft bazarındakı konyunkturadan asılıdır. Çin neftin və ya qazın qiymətini dəyişmək iqtidarında deyil...

Ona görə də “Rusiyanı nə və ya kim xilas edəcək?” sualı bu gün təkcə ritorik məzmun kəsb etmir. Soyuq müharibələr düşmən obrazı formalaşdırmaqdan başlayır. Rusiya da indi hələ ki bununla məşğuldur...

Amma burada qərblilərin dediyi bir fikir yada düşür: rusiyalılar həmişə özləri üçün böyük problemlər yaradır və sonra da onları həll etməyə girişirlər. Amma bəzən həlli müşkül problemlər də olur...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.