-
Sizin brauzer HTML5-i dəstəkləmir
UCUZLAŞAN ANLAYIŞLAR...
Son vaxtlar ucuzlaşan təkcə neft və qızıl deyil. Ucuzlaşmış anlayışlar da var. Onlardan biri də dialoqdur. Amma bir müddətdir ki, yenə də hakimiyyətlə siyasi müxalifət arasında siyasi dialoq problemi gündəmə gəlib.
Prinsipcə, hakimiyyət tərəfi bunun əleyhinə deyil. Müxalifətin də məsələyə münasibəti heç vaxt kateqorik şəkildə neqativ olmayıb. Deməli, mahiyyət etibarilə belə bir tədbirin növbəti dəfə baş tuta bilməsini fərz etmək olardı...
Bəlkə də lap əvvəl siyasi məhbus problemindən başlamaq olardı. Bu məsələdə hakimiyyətin inadının elə bir əsası yoxdur və beynəlxalq təşkilatların da rəyi belədir ki...
Düzdür, bir məsələ var ki, bu vaxta qədər keçirilmiş dialoqlarda hansısa əhəmiyyətli bir problem həll olunmayıb-müzakirələrdə aşağı çinli funksionerlərlə iştirak edən hakimiyyət partiyası dialoq üçün xoş iradəyə hazır olmadığını nümayiş etdirib.
MÜBARİZƏ APARMAQ ÜÇÜN MƏHBƏSDƏN ÇIXMAQ LAZIMDIR...
Amma danışılası problemlər olduqca çoxdur. Bəlkə də lap əvvəl siyasi məhbus problemindən başlamaq olardı. Bu məsələdə hakimiyyətin inadının elə bir əsası yoxdur və beynəlxalq təşkilatların da rəyi belədir ki, problem ən tez zamanda öz həllini tapmalıdır, çünki, necə deyərlər, daha cidanı çuvalda gizlətmək mümkün deyil - qeyd etdiyimiz kimi, beynəlxalq təşkilatlar və demokratik dövlətlər də Azərbaycanda yüzə yaxın siyasi məhbusun olması faktı ilə razılaşır və bunu təsdiq edirlər...
Onlar onsuz da azad ediləcək. Amma hökumət bunu özünəməxsus qaydada, öz bildiyi üsulla həll etmək istəyir. Gözləyirlər ki, siyasi məhbuslar əfvlə bağlı müraciət etsinlər və bundan sonra hökumət də «humanist addım ataraq» onları azad etsin...
Təbii ki, məhbusların bir qismi gec-tez bunu etməyə məcbur olacaq, çünki bu ölkədə məhbus həyatı yaşamaq elə də asan deyil. Hökumət də elə buna arxayındır. Amma əfvlə bağlı müraciət etmək istəməyənlər də az deyil, onlar təqsirsiz olduqlarını bilir və azad olunmaqlarını tələb edirlər...
BİRDƏFƏLİK VƏ QƏTİ TƏDBİRLƏR ALINMADI...
...hökumət demokratiyanın taleyini qəti və birdəfəlik həll etmək fikrinə düşmüşdü – kim bilir, hələ nə qədər həbslər və təqiblər olacaq, nə qədər insanın üzərinə təqib kölgəsi düşəcəkdi!..
Bir qədər mübahisəli görünə bilər, amma indi vəziyyət ümumilikdə ictimaiyyət və siyasət fəallarının xeyrinədir. Nə qədər qəribə olsa da, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə hökumət demokratiyanın taleyini qəti və birdəfəlik həll etmək fikrinə düşmüşdü – kim bilir, hələ nə qədər həbslər və təqiblər olacaq, nə qədər insanın üzərinə təqib kölgəsi düşəcəkdi!..
Hədəf kimi də QHT-lər və daha çox ictimai fəallar seçilmişdi. Niyə gizlədək? Bununla hakimiyyət ictimai fəalları onların sonuncu maliyyə resurslarından da tamam məhrum etmək istəyirdi...
Amma bacarmadılar, ictimai fəallarla bağlı anti-reklam dönüb onların az qala reklamına çevrildi və bu adamlar beynəlxalq dəstək tapa bildilər...
İndi hökumət yenə də gözləmə vəziyyətindədir. Siyasi düyün gec-tez açılmalı və bu labirintdən bir çıxış olmalıdır...
Təbii ki, müzakirə üçün digər məsələlər də heç də az aktuallıq kəsb etmir. Amma siyasi məhbus problemi üzərində ona görə dayandıq ki, indiki dövrdə hakimiyyətdən ciddi siyasi güzəştlər gözləmək əbəsdir. Ona görə ki, bu siyasi sistem mahiyyətcə anti-demokratikdir və onu təcəssüm etdirən hakimiyyət də heç bir vaxt demokratiya müstəvisində gücünü sınamaq fikrində olmayıb...
SEÇKİ MƏCƏLLƏSİ DƏ VACİBDİR, AMMA...
Belə olan təqdirdə onları parlament və prezident seçkilərini demokratik keçirməyə çağırmaq olarmı?..
Bəzi müxalifətçilər deyir ki, onlarla seçkini, Seçki Məcəlləsini müzakirə edək. Amma burada bir nüans var. Əvvəlcə onu deyək ki, daha bir müzakirə və seçki ilə bağlı məsələləri bir daha gündəmə gətirmək heç vaxt faydasız deyil...
Amma hakim partiya hətta indiki bələdiyyələrə belə demokratik seçki keçirməyə qorxur-qorxurlar ki, uduzarlar. Belə olan təqdirdə onları parlament və prezident seçkilərini demokratik keçirməyə çağırmaq olarmı?..
Amma siyasi məhbus problemi, mətbuatın vəziyyəti bir az fərqli məsələdir. İndi bu ölkədə müxalifətçilər siyasətçilərdən daha çox dissidentlərə bənzəyirlər, onlar - dissidentlər isə daha çox hüquqlar uğrunda mübarizə aparır.
Düzdür, seçki hüququ da fundamental hüquqlardan biridir. Amma nə edəsən ki, seçkiləri öz siyasi maraqlarına tabe etmək bu hakimiyyətin də fundamental dayaqlarındandır...
BÖYÜK SİYASİ İDDİALARDAN İNSAN HAQLARINA DOĞRU...
Etiraf etmək lazımdır ki, müxalifət üçün böyük siyasi iddialar keçmişdə qalıb.
Ona görə də hazırda dissidentlərin edə biləcəyi, bacardığı iş daha çox insan haqları ilə bağlı problemləri qabartmaq, bu sahədəki qeyri-düzgün siyasəti ifşa etmək olardı...
Etiraf etmək lazımdır ki, müxalifət üçün böyük siyasi iddialar keçmişdə qalıb. Sözsüz, elə ola bilər ki, qəfildən elə bir siyasi şərait yetişər, böyük siyasi məqsədlər də reallığa çevrilər. Amma hələ ki, belə bir perspektiv görünmür...
Elə bu səbəbdən də seçki məsələsi bir daha gündəmə gələrsə, bu müzakirələrdə daha çox efir vaxtı əldə etməyə və daha çox təbliğat imkanları qazanmağa səy göstərmək daha məntiqli görünür...
Ona görə ki, bu gün müxalifətin sərəncamında yalnız bir şey var - o da sözdür, ağıllı və təmkinli söz...
Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.