Skype-da öz dilində danış, istədiyin dildə səslənsin

Skype

-

«Microsoft» şirkəti ötən aylarda «Skype Translator» (tərcüməçi) xidmətini təqdim etdi. Bu xidmət «Skype»da danışıqları avtomatik tərcümə edəcək. Beləliklə də, fərqli dillərdə danışan insanlar bir-birləri ilə asanlıqla ünsiyyət qura biləcəklər.

Bəziləri bu funksiyanın ancaq 2-3 ilə işə düşə biləcəyi fikrindədir.

Ancaq WPC-2014 beynəlxalq konfransında bu düşüncələri alt-üst edən bir sınaq keçirilib.

Sınaq mərhələsində ən çox diqqət çəkən məqam isə xidmətin olduqca sürətli işləməsidir.

«Microsoft» şirkətinin təxmininə görə, bu ilin sonunadək «Skype Translator»dan istifadə etmək mümkün olacaq.