Azərbaycanda «Facebook» istifadəçilərinin sayı son bir ildə 23,3 faiz artıb

-

«Global Stats» statistik mərkəzinin hesablamalarına görə, son bir ildə Azərbaycanda «Facebook» istifadəçilərinin sayı kəskin artsa da, «Youtube» və «Twitter» sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.

«Global Stats»ın rəsmi saytında verilən məlumata əsasən, ölkəmizdə «Facebook» sosial şəbəkəsinin payı 23,3 faiz artaraq sosial media bazarının 89,73 faizini təşkil edib.

İstifadəçi marağına görə, ikinci yeri 2,9 faiz bazar payı ilə «Youtube» sosial şəbəkəsi tutub.

Üçüncü yerdə 2,24 faiz bazar payı ilə «Twitter» sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.

«Odnoklassniki» şəbəkəsinin Azərbaycanda bazar payı 1 faizdən aşağı düşüb, halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi.