-
Sizin brauzer HTML5-i dəstəkləmir
İLK DƏFƏ SAKHAROV-U NECƏ GÖRDÜM?
Canlı şəkildə Andrey Sakharov-u cəmi bir dəfə görmüşdüm. 1987-ci ilin sonu idi. Akademik Yakov Zeldovich vəfat etmişdi.
Biz tələbələr Akademiyanın həyətində toplaşmışdıq, cənazə Akademiyanın zalında idi. Birdən pıçıltı ilə “Sakharov! Sakharov!”- dedilər. Mən də çevrilib deyilən tərəfə baxdım və ilk dəfə canlı olaraq Sakharov-u gördüm...
Sonradan, Qarabağ münaqişəsinin gərgin vaxtında o, Bakıya da gəlmişdi və açığı özü haqqında bir o qədər də yaxşı təəssürat saxlamamışdı...
Daha bir dəfə isə onunla ABŞ-da “rastlaşdım”. Vaşinqtonun küçələrində gəzişirdik. Birdən başımı qaldırıb tabloya baxdım. Tabloda “Sakharov küçəsi” yazılmışdı...
DOĞRUDANMI MEYAR YOXDUR?
Bunları niyə xatırlayıram? İndi Sakharov mükafatları çoxdur. Və çox əlamətdardır ki, onları almağa azərbaycanlı siyasi məhbuslar da təqdim edilib.
Hətta bir mükafat - Noprveçin Norvechin təsis etdiyi Sakharov Azadlıq Mükafatı bizim bütün siyasi məhbuslara verilib...
Onların 98 nəfər olduğu bildirilir. Bəlkə də daha çoxdur. Amma hüquq müdafiəçiləri 98 nəfərin üstündə dayanıblar.
Ən maraqlısı odur ki, Azərbaycan rəsmiləri hələ də siyasi məhbus meyarlarının müəyyən edilmədiyini və bu mövzuda yalnız Avropa Şurası öz meyarlarını müəyyən edəndən sonra danışa biləcəklərini deyirlər...
Amma yada salmaq istərdik ki, həmin meyarlar hələ Heydər Əliyevin hakimiyyətdə olduğu vaxtlarda müəyyən edilmişdi. O vaxt səhv etmirəmsə, Avropa Şurası 5 meyar müəyyən etmişdi...
Həmin vaxt bu meyarlar əsasında onlarla adam həbsdən azad olundu. İndi hakimiyyət deyir ki, biz Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımışıq, narazı olanlar ora müraciət etsinlər...
Amma dərd ondadır ki, Avropa Məhkəməsi qərar qəbul edəndə min cür üsullarla ona əməl etməməyə, şikayətçi məhbusu azadlığa buraxmamağa cəhd edirlər...
ONLAR DA AZAD OLACAQ!
Bu dəfə necə olacaq? Əminik ki, indiki siyasi məhbuslar da azadlığa çıxacaq.
Ən azı ona görə ki, beynəlxalq demokratiya institutlarının təzyiqləri böyükdür.
Azərbaycan rəsmiləri yalnız Avropa Şurası siyasi məhbuslarla bağlı öz meyarlarını müəyyən edəndən sonra bu mövzuda danışa biləcəklərini deyirlər... Amma hələ Heydər Əliyevin hakimiyyətdə olduğu vaxtlar bu Şura 5 meyar müəyyən etmişdi...
Amma bir məsələ var. Mükafat almaq təbii ki, çox böyük hadisədir. Özü də elə mükafatlardan söhbət gedir ki, onları almaqdan hər bir ictimai fəal yalnız qürur duyardı.
Fəqət, ürəklərdə bir boşluq var. Biz belə mükafatların daha çox Belarus, İran və bunlara bənzər dövlətlərin fəallarına verilməsinə adət etmişik.
Ona görə də özümüzü bir sualı verməkdən saxlaya bilmirik: əcəba, bir gör, bu ölkə hansı bir vəziyyətə gəlib çatıb?..
Amma fərq etmir. Ölkə necədirsə, ona da adekvat qəbul olunur.
BİR PAYIZ AXŞAMI PASTERNAKLA...
Bu payız günlərində axşamlar elə hey Boris Pasternak-ın bir şeirini xatırlayıram. Kiçik bir şeirdir. Amma o qədər ifadəlidir ki! Bu şeir bizə o biri tərəfdə - hasarın o biri tərəfində olanları duymağa kömək edir...
Burada Əzim Əzimzadənin bir karikaturası da yada düşür. Deməli, iki çarşablı qadın böyük bir həbsxananın önündən keçirlər. Qadınlardan biri o birisinə deyir ki, nə olardı, adamın belə “okoşka”lı evi olaydı...
Əzim Əzimzadənin bir karikaturasında 2 çarşablı qadın böyük bir həbsxananın önündən keçirlər. Qadınlardan biri o birisinə deyir ki, nə olardı, adamın belə “okoşka”lı evi olaydı...
Həqiqətən də kədərli detaldır. Ən dəhşətlisi odur ki, bu prosesin sonu da görünmür. Hələ neçə ictimai fəalın yolu hasarın o biri tərəfinə - həbsxanaya və ya qürbətə düşəcək?
Bəlkə də çox adam düşünür ki, qürbətə getmək böyük bir qurtuluşdur. Amma belə hesab etmirik. İnsanlar yad ölkələrə çox çətin alışırlar. Bunu onların öz dilindən eşitmişik. Həm də yaşdan da çox şey aslıdı. Elə bir yaş dövrü gəlir ki, ömrünün qalan hissəsini sən yalnız Vətəndə yaşaya bilərsən...
HAMI QƏHRƏMAN OLMUR...
Bəlkə Sakharov da ölkəni tərk edərdi. Onu buraxmadılar. O da axıra qədər SSRİ-də yaşamalı oldu. İndi nəyin necə olmasının elə bir əhəmiyyəti yoxdur.
Əsas odur ki, SSRİ-də şərəfli bir ömür yaşanmışdı...
Demirik ki, 98 nəfərin hamısı ideal mübarizdir. Yox, bir məşhur mahnıda deyildiyi kimi, bu yolda sınanlar da olacaq...
Kimə də olsa, bizə bunu izah etməyə ehtiyac yoxdur. Çox görmüşük. Amma bunu da təbii qəbul etmişik - bu, çox ağır, məşəqqətli yoldur, hamı onu axıra qədər gedə bilmir...
Ona görə də bu yolun heç olmasa bir hissəsini gedənlər də sayğıya layiqdirlər..
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.