Femida, aç gözlərini!!! Bax, o, sənin yolundadır!..

Yunan mifologiyasından Femida

-

(İntiqam Əliyevin həbsindən 1 ay 1 gün ötdü...)

«Mən katolik keşişiyəm. Mən inanıram ki, ədalət və azadlıq uğrunda mübarizə aparan hər kəs allahın yoluyla gedir. Allahın yolları çoxdur».

Bunu mən demirəm – sonuncu Roma Papası deyir.

«Ədalət və azadlıq uğrunda mübarizə aparan hər kəs Allahın yoluyla gedir».

Nə gözəl deyib!

(Kaş bizim din xadimləri də belə fikirlər səsləndirəydi...)

Demək, İntiqam müəllim də Allahın yoluyla gedir.

Həm də, onu bu yoldan sapdırmaq istəyənlərə heç məhəl qoymadan, bir az yumorla, bir az təvazökarcasına gedir.

FEMİDA, O SƏNİN YOLUNDADIR!

Hüquq müdafiəçisi İntiqam Əliyev

«Allahın yolları çoxdur»...

Hərə birini seçir.

Mənim qəhrəmanım Ədaləti seçib!

Femida, o, sənin yolundadır!

Femidacan, elə isə niyə gözləri bağlı dayanmısan?!

Həmişə gözləri qapalı qalmaq olmaz ki!

Aç gözlərini!!!

Bizlərə bax!

Bizləri qiymətləndir.

Nə görürsən?

Haydı, söylə!

FEMİDANIN ÖVLADLARI

Yunan mifologiyasına görə, Femida Zevsin xanımı olub.

O, Zevsə 6 övlad verib.

Onların adlarına baxın – Evnomiya (şükranlı qanunçu), Dike (Ədalət), Eyren

(Barış)...

Femida ərinə – Zevsə Troya savaşını bitirməkdə yardımçı olub.

Olimpdə tanrıları görüşdürüb və Zevsin istəyini onlara çatdırıb.

Femida belə ilahə olub – Ədalət ilahəsi!

İndi də günümüzdə əlində qılınc və tərəzi ədalət məhkəməsinin simvoluna çevrilib.

Ancaq... gözübağlı və əlində çəki daşları tutmuş halda...

Sanki bizləri görmür!

ONSUZ YAŞAMAQ MÜMKÜN DEYİL!

«Dünyadakı insanların hamısı 2 qismə bölünür. Birincilərlə yaşamaq asandır, elə onlarsız da yaşamaq asandır. İkincilərlə çox qəlizdir yaşamaq, amma onlarsız yaşamaq heç mümkün deyil».

Bu da, Heminqueyin sözləridir.

O da gözəl deyib.

İntiqam müəllim ikincilərdəndir.

Onunla yaşamaq çox qəliz ola bilər.

(Zatən, tarixdən «Ədalət, Azadlıq, İstiqlal» söyləyənlərin aqibəti məlum...)

Amma onsuz yaşamaq heç mümkün deyil!!!

1 AY 1 GÜN HƏBSDƏ...

Bu kiçicik yazını da ona görə yazdım.

Onun Vətən qarşısındakı xidmətlərini sadalamaq üçün yox. Bunu onsuz da hamı bilir.

Sadəcə, üstündən 1 ay 1 gün keçəndən sonra İntiqam Əliyevsiz yaşamağın çətinliyini bir daha anladığım üçün.

Dünyada əvəzolunmaz başqa Əliyevlərin də varlığını bildirmək üçün!

AÇ GÖZLƏRİNİ!

Femida, Femidacan, bircə anlığa aç gözlərini!

Bizlərə bax!

Nə görürsən?

Haydı, söylə!

Söylə!!!