Yeni bir Minsk prosesi başlayır... bu dəfə Ukrayna üçün

Arxiv fotosu: Soldan-sağa: Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Alyaksandr Lukashenka və Ukrayna prezidenti Petro proshenko Minskdə keçirilən görüş zamanı foto çəkdirərkən. 26 avqust 2014-cü il.

.

Sizin brauzer HTML5-i dəstəkləmir

Yeni bir Minsk prosesi başlayır... bu dəfə Ukrayna üçün

DAHA BİR MİNSK QRUPU?

Bir neçə gün bundan əvvəl, sentyabrın 5-də Minskdə Ukraynadakı münaqişəni tənzimləmək məqsədilə ilk təşəbbüs baş tutdu.

ATƏT-in çətiri altında start götürən bu təşəbbüs siyasi təhlilçilərin sayəsində elə dərhal da Minsk prosesi adını aldı. Qəribəsi budur ki, elə ilk günlərdən proses müəyyən şübhələrlə müşayiət olundu, atəşkəs haqqındakı razılaşmanın davamlı olacağına ümidlər bir o qədər də böyük olmadı.

Desək ki, bu, bizə elə də qəribə görünmədi, çox da böyük təhrifə yol vermərik. Məsələ bundadır ki, Qarabağ münaqişəsi də artıq 22 ildir ki, ATƏT-in Minsk Qrupu vasitəsilə tənzimlənir.

Düzdür, bu illər əzrində nisbi də olsa atəşkəs rejimi bərqərar olub, amma razılaşma qədər kövrəkdir ki, onun daim pozulması və irimiqyaslı hərbi əməliyyatlara çevrilməsi qorxusu həmişə var.

BMT-nin Baş katibi Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır, amma Baş katib BMT-nin 4 qətnaməsini xatırlamır. Sonra da deyirlər Ermənistan BMT-nin 4 qətnaməsinə məhəl qoymur, halbuki BMT liderləri özləri həmin qətnamələri yada salmırlar.

Elə bu yaxınlarda atəşkəs rejimi elə pozuldu ki, hamı müharibənin növbəti mərhələsinin başlanacağını güman etdi.

Bu səbəbdən Ukrayna münaqişəsinin tənzimləməsilə bağlı ümidlərimiz bir o qədər də böyük deyil. Bu illər ərzində ATƏT özünü çevik mexanizm kimi göstərə bilmədi.

Ümumi halda götürdükdə isə, elə digər beynəlxalq institutların da sülh yaratma potensialı bir o qədər böyük deyil.

Təsəvvür edin, ATƏT bir tərəfə, BMT-nin Baş katibi Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır, amma Baş katib özünün başçılıq etdiyi və dünyada ən nüfuzlu təşkilat hesab edilən BMT-nin 4 qətnaməsini xatırlatmaq üçün özünə əziyyət vermir. Sonra da deyirlər ki, Ermənistan BMT tərəfindən qəbul edilən dörd qətnaməyə məhəl qoymur, halbuki BMT liderləri özləri həmin qətnamələri yada salmırlar.

Hələ bu azmış kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlər başqa vaxt Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini desələr də BMT çərçivəsində keçirilən səsvermələrdə bunu təsdiq etmirlər...

Ona görə də Ukraynaya “Qəzan mübarək!” deməkdən savayı çarəmiz qalmır.

NATO BAŞ QOŞMASA...

Əgər NATO ölkələri Ukraynadakı proseslərə ciddi yanaşmasa, necə deyrələr, bu xəmir hələ çox su aparacaq. Rusiyanın da minimum planı elə budur. Kırmı ilhaq etməklə Rusiya özünün Qara dənizə çıxışını təmin etdi. Ukraynanın cənub-şərq bölgələrindəki proseslərə gəldikdə isə onların missiyası tamam bir başqa məqsədi təmin etməkdir- bu münaqişə Rusiyaya ona görə lazımdır ki, Ukraynanı öz orbitində saxlaya bilsin.

...federalizm, prinsip etibarilə elə də qorxulu deyil. Dünyanın ən böyük dövlətləri, o cümlədən də ABŞ federal dövlətdir. Amma indi aydın olan budur ki, Rusiya federallaşma adı altında Ukraynanın özülünə uzunmüddətli mina qoymağa hazırlaşır.

Düz 22 ildir ki, Rusiya diplomatları deyir ki, Qarabağ probleminin açarı onların ölkəsindədir. Bu illər ərzində Rusiyaya dəfələrlə kart-blanş verildi və Rusiyanın Minsk Qrupunda həmsədrliyi təmin edildi. Amma nə faydası?

İndi ATƏT-in Ukryana ilə bağlı tövsiyyələrində şərq bölgələrinin özünüidarəetmə potensialının artırılması məsləhət görülür. Amma bu, bütün münaqişələrin ən qəliz tərəfidir.

Ona görə ki, hələ məlum deyil, separatçılar hansı özünüidarəetmə formasını istəyirlər? Rusiya KİV-ləri onları “federallaşma” tərəfdarları adlandıdır. Amma bu qüvvələr federasiya ilə kifayətlənəcəkmi?

O ki qaldı federalizmə, prinsip etibarilə o, elə də qorxulu deyil. Dünyanın ən böyük dövlətləri, o cümlədən də ABŞ federal dövlətdir. Amma indi aydın olan budur ki, Rusiya federallaşma adı altında Ukraynanın özülünə uzunmüddətli mina qoymağa hazırlaşır.

YAŞAMAĞA ÖZ ÖLKƏN...

Bu cür vəziyyətlərdə politoloqların ən çox təklif etdikləri dövlətlərin ölkəni öz vətəndaşlarına maraqlı etmələridir. Yəni, bu nəticə çıxır ki, Kiyev də elə etməlidir ki, insanlar bu ölkədə yaşamaqda maraqlı olsunlar.

Baltikyanı ölkələri yada salın. Açığı bu ölkələr rus əhalisi üçün müəyyən məhdudiyyətlər nəzərdə tutub. Amma buna baxmayaraq ruslar həmin ölkələri tərk etmirlər və orada yaşamağa üstünlük verirlər.

İndi Ukrayna əhalisinin bir qismi üçün Rusiya daha cəlbedici görünür. Düzdür, münaqişənin başlanmasında və gedişində Rusiyanın bilavasitə öz rolu da var. Amma ölkə də insanlar üçün maraqlı olmalıdır.

Təəssüf ki, bu detalı neçə illərdir ki, Azərbaycanda da nəzərə almırlar. Neçə illərdir deyilir ki, Qarabağ probleminin həlli həm də Azərbaycanın demokratikləşməsindən keçir. Amma kimə deyirsən?

Bəziləri elə güman edir ki, hətta nəzəri cəhətdən neft ölkəsi olmaq hamı üçün cəlbedici olmalıdır. Heç düşünmürlər ki, neft ölkəsi olmaq nədəsə özünün ifadəsini tapmalıdır. Bu gün isə neft amili özünü yalnız oliqarx məmurların sərvətində biruzə verir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.